Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Briggs & Stratton 080000 Bedienungsanleitung Seite 20

Vorschau ausblenden Andere Handbücher für 080000:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 47
1.
Qapağı açın (B, Cizgi 18). 
2.
Filtri çıxarın (C, Cizgi 18). 
3.
İlkin təmizləyicini (E, Cizgi 18) (əgər varsa) filtrdən çıxarın. Qırıntıların aralanması
üçün filtri astaca sərt bir səthə vurun. Əgər filtr həddindən artıq çirklidirsə, onu
yenisi ilə əvəzləyin. 
4.
İlkin təmizləyicini maye yuyucu vasitə və su ilə yuyun. Sonra onu havada tamamilə
qurudun. İlkin təmizləyicini yağlamayın. 
5.
Qurumuş ilkin təmizləyicini (əgər varsa) filtr üzərinə yerləşdirin. 
6.
Filtri yerinə taxın (C, Cizgi 18). 
7.
Qapağı bağlayın (B, Cizgi 18). 
Soyuducu sistemə texniki qulluq
göstərin
XƏBƏRDARLIQ
Mühərrik işlədikcə istilik xaric edilir. Mühərrikin hissələri, xüsusilə, səsboğucu
həddindən artıq isti olur.
Təmas olarsa ciddi yanıqlar yarana bilər.
Yarpaq, ot kimi alışan maddələrin toplanması.
• Təmas etməzdən əvvəl səsboğucunun, mühərrik silindrinin və stablizatorun
soyumasını gözləyin.
• Səsboğucu və silindrdən toplanmış tullantıları təmizləyin.
XƏBƏRDARLIQ
Mühərriki təmizləmək üçün su istifadə etməyin. Su yanacaq
sistemini çirkləndirə bilər. Mühərriki təmizləmək üçün fırça və ya quru parça istifadə
edin.
Bu, hava ilə soyudulan mühərrikdir. Çirk və ya tullantılar hava axınının qarşısını alaraq
mühərrikin çox isinməsinə, nəticədə isə pis işləməsinə və ömrünün azalmasına yol aça
bilər.
1.
Hava girişi şəbəkəsi
2.
Birləşmələr, yaylar və idarəetmələri təmiz saxlayın.
3.
Səsboğucunun (varsa) ətrafı və ya arxasındakı sahələri yanan tullantılardan
təmizləyin.
4.
Yağ soyuducu üzgəclərini (varsa) çirkdən və tullantıdan təmizləyin.
Bir müddət sonra silindr soyuducu üzgəclərdə tullantı toplanaraq mühərrikin qızmasına
səbəb ola bilər. Mühərriki qismən sökmədən bu tullantıları təmizləmək mümkün deyil.
Briggs & Stratton Rəsmi Servis Mərkəzində Texniki Qulluq Cədvəlinə əsasən hava
soyuducu sisteminə baxdırın və təmizlədin.
Saxlanılma
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları yanğına qarşı və partlayış baxımından həddən artıq
təhlükəlidirlər.
Yanğın və ya partlayış ciddi yanıqlar meydana gətirə bilər və ya ölümlə
nəticələnə bilər.
Yanacağın və ya doldurulmuş yanacaq çəni olan avadanlığın saxlanılması
• Sobalar, ocaqlar, su qızdırıcıları və ya pilot alışqanları, başqa alışma mənbələri
olan qurğulardan uzağa yerləşdirin, əks halda yanacaq buxarı alışa bilər.
Yanacaq sistemi
Şəkilə baxın: 19, 20 
Qeyd Bəzi modellərdə mühərrikin texniki-baxış və ya saxlanma üçün əyilməsinə
imkan verən, şaqulisaxlanan yanacaq çəni vardır (C, Şəkil 19). Yanacaq səviyyəsi
göstəricisinin (D) (əgər varsa)aşağı hissəsini keçəcək şəkildə doldurulmuş yanacaq
çənini şaquli vəziyyətdə saxlamayın. Əlavə məlumat üçün avadanlığın təlimatına baxın.
Mühərrik səviyyəsində (normal işləmə vəziyyəti) saxlayın. Yanacaq çəninə (A, Şəkil 20)
yanacaq doldurun. Yanacaq genişlənəcəyinə görə, çənin boğazının aşağı hissəsindən
(B) artıq doldurmayın. 
Saxlama çənində 30 gündən çox qalan yanacaq keyfiyyətini itirə bilər. Hər dəfə çənə
yanacaq doldurarkən istehsalçının təlimatlarında göstəridiyi kimi yanacağa yanacaq
stabilləşdiricisi əlavə edin. Bu yanacağı təzə saxlayır və onunla bağlı problemləri və ya
yanacaq sisteminin çirklənməsini azaldır.
Təlimatlara əsasən yanacaq stabilləşdiricisi əlavə edildikdə, yanacağı mühərrikdən
boşaltmağa ehtiyac yoxdur. Yanacağın və stabilləşdiricinin yanacaq sistemindən
keçməsini təmin etmək üçün saxlamazdan əvvəl mühərriki 2 dəqiqəliyə İŞƏ SALIN.
20
Mühərrik yağı
Nə qədər ki, mühərrik istidir, mühərikin yağını dəyişin. Bax Yağı dəyişin bölmə. Just
Check & Add™ modelləri üçün yağı dəyişməyə ehtiyac yoxdur.
Nasazlıqların aşkarlanması
Kömək üçün yerli dilerlə əlaqə saxlayın və ya BRIGGSandSTRATTON.com ünvanına
keçin və ya 1-800-233-3723 nömrəsinə zəng edin (ABŞ-da).
Xüsusiyyətlər
Model: 80000 
Həcm 
Silindrin diametri 
Porşenin taktı 
Yağ çəninin tutumu 
Alışma şamında ara 
Alışma şamının dartılma anı 
Lövbərdə hava boşluğu 
Giriş klapanının klirensi 
Çıxış klapanının klirensi 
Model: 90000 
Həcm 
Silindrin diametri 
Porşenin taktı 
Yağ çəninin tutumu 
Alışma şamında ara 
Alışma şamının dartılma anı 
Lövbərdə hava boşluğu 
Giriş klapanının klirensi 
Çıxış klapanının klirensi 
Model: 093J00 
Həcm 
Silindrin diametri 
Porşenin taktı 
Yağ çəninin tutumu 
Alışma şamında ara 
Alışma şamının dartılma anı 
Lövbərdə hava boşluğu 
Giriş klapanının klirensi 
Çıxış klapanının klirensi 
Model: 100000 
Həcm 
Silindrin diametri 
Porşenin taktı 
Yağ çəninin tutumu 
Alışma şamında ara 
Alışma şamının dartılma anı 
Lövbərdə hava boşluğu 
Giriş klapanının klirensi 
Çıxış klapanının klirensi 
 Mühərrikin gücü dəniz səviyyəsindən yuxarı hər 1000 futdan (300 metr) sonra 3.5%,
77° F (25° C) temperaturdan yuxarı hər 10° F (5.6° C) dərəcə sonra 1% azalır. Mühərrik
15° bucaq altında qaneedici şəkildə işləyəcəkdir. Meyilli səthlərdə icazə verilən
təhlükəsiz əməliyyat limitləri üçün əməliyyatçının ttəlimatı məlumatlarına baxın. 
 7.63 ci (125 cc) 
 2.362 in (60 mm) 
 1.75 in (44,45 mm) 
 15 oz (,44 l) 
 .020 in (,51 mm) 
 180 lb-in (20 Nm) 
 .006 - .014 in (,15 - ,36 mm) 
 .004 - .008 in (,10 - ,20 mm) 
 .004 - .008 in (,10 - ,20 mm) 
 8.64 ci (140 cc) 
 2.495 in (63,4 mm) 
 1.75 in (44,45 mm) 
 15 oz (,44 l) 
 .020 in (,51 mm) 
 180 lb-in (20 Nm) 
 .006 - .014 in (,15 - ,36 mm) 
 .004 - .008 in (,10 - ,20 mm) 
 .004 - .008 in (,10 - ,20 mm) 
 9.15 ci (150 cc) 
 2.583 in (65,60 mm) 
 1.75 in (44,45 mm) 
 15 oz (,44 l) 
 .020 in (,51 mm) 
 180 lb-in (20 Nm) 
 .006 - .014 in (,15 - ,36 mm) 
 .004 - .008 in (,10 - ,20 mm) 
 .004 - .008 in (,10 - ,20 mm) 
 9.93 ci (163 cc) 
 2.688 in (68,28 mm) 
 1.75 in (44,45 mm) 
 15 oz (,44 l) 
 .030 in (,76 mm) 
 180 lb-in (20 Nm) 
 .006 - .014 in (,15 - ,36 mm) 
 .004 - .008 in (,10 - ,20 mm) 
 .004 - .008 in (,10 - ,20 mm) 
BRIGGSandSTRATTON.com

Quicklinks ausblenden:

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

090000093j00100000

Inhaltsverzeichnis