Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Briggs & Stratton 080000 Bedienungsanleitung Seite 15

Vorschau ausblenden Andere Handbücher für 080000:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 47
Yanacağın və ya çənində yanacaq olan avadanlığın saxlanması
• onları sobalardan, pltələrdən, su qızdırıcılarından və ya nəzarət lampaları olan
qurğulardan yaxud başqa alışma mənbələrindən uzaqda saxlayın, çünki onlardan
yanacağın buxarı alışa bilər.
XƏBƏRDARLIQ
İşə salınma zamanı mühərrikdən qığılcım çıxır.
Qığılcımlar ətrafda olan yanar qazların alışmasına gətirib çıxara bilərlər.
Partlayış və yanğına səbəb ola bilərlər.
• Əgər həmin sahədə təbii və ya maye qaz sızması varsa, mühərriki işə salmayın.
• Buxar alışan olduğuna görə təzyiqli işəsalma mayelərindən istifadə etməyin.
XƏBƏRDARLIQ
ZƏHƏRLİ QAZ TƏHLÜKƏSİ. Mühərrikdən çıxan işlənmiş qazın tərkibində sizi bir
neçə dəqiqə ərzində öldürə biləcək dəm qazı vardır. Siz onu GÖRMÜRSÜNÜZ,
iyini və ya dadını hiss edə BİLMİRSİNİZ. Hətta sizə mühərrikdən çıxan işlənmiş
qazının iyi gəlməsə belə, dəm qazının təsirinə məruz qala bilərsiniz. Əgər siz bu
məhsuldan istifadə edərkən ürək bulanması, başgicəllənmə və ya zəiflik hiss
etməyə başlasanız, DƏRHAL təmiz havaya çıxın. Həkimə müraciət edin. Dəm
qazından zəhərlənmiş ola bilərsiniz.
• Karbon monoksid qazının yığılması və insanların yaşadığı yerlərə tərəf
getməsi təhlükəsinin azaldılması üçün, bu məhsuldan YALNIZ açıq havada və
pəncərələrdən, qapılardan və havalandırıcılardan uzaq yerlərdə istifadə edin.
• Batareya ilə işləyən karbon monoksid üçün olan həyəcan siqnallarını quraşdırın
və ya istehsalçının təlimatlarına uyğun olaraq ehtiyat batareya ilə təchiz olunmuş
karbon monoksid üçün olan həyəcan siqnallarını elektrik mənbəyinə qoşun . Tüstü
üçün olan həyəcan siqnalları karbon monoksid qazını aşkar edə bilmir.
• Hətta, havalandırma üçün ventilyatorlardan istifadə etsəniz və ya qapıları və
pəncərələri açsanız belə, bu məhsuldan evlərdə, qarajlarda, zirzəmilərdə,
keçid kanallarında, çardaqlarda yaxud digər qismən qapalı yerlərdə istifadə
ETMƏYİN . Karbon monoksid qazı bu yerlərdə tez yarana bilər və hətta avadanlığı
söndürdükdən sonra belə, saatlarla orada qala bilər.
• Bu avadanlığı HƏR ZAMAN külək əsən istiqamətdə qoyun və mühərrikin işlənmiş
qazları çıxaran borusunu yaşayış yerindən kənara yönəldin.
XƏBƏRDARLIQ
İşəsalma trosunun tez dartılması (geri çəkilməsi) əlin və qolun, sizin trosu
buraxmağa imkan tapmağınızdan əvvəl mühərrikə tərəf çəkilməsinə gətirib
çıxaracaq.
Bu, sümüklərin sınmasına, çatların yaranmasına, göyərmələrə və ya çıxıqlara
səbəb ola bilər.
• Mühərriki işə salarkən, starter kabelini müqavimət hiss edilənə qədər astaca
dartın, sonra isə geri çəkilmənin qarşısını almaq üçün sürətlə dartın.
• Mühərriki işə salmazdan əvvəl bütün kənar qurğuları / mühərrik yüklərini götürün.
• Bıçaqlar, çarxlar, şkivlər, zəncirli təkərlər kimi birbaşa bərkidilmiş komponentlər
möhkəm bağlanmalıdır.
XƏBƏRDARLIQ
Fırlanan hissələr əllərə, ayaqlara, saçlara, paltara və ya aksessuarlara dəyə
bilərlər yaxud onlara dolaşa bilərlər.
Bu travmatik amputasiya və ya dərin yaralarla nəticələnə bilər.
• Avadanlığı işlədərkən mövcud qoruyuculardan istifadə edin.
• Əllərinizi və ayaqlarınızı fırlanan hissələrə yaxınlaşdırmayın.
• Uzun saçınızı yığın və zinət əşyalarını çıxarın.
• Sallaq paltarlar , sallanan ipləri yaxud ilişə bilən hissələri olan paltarlar geyinməyin.
XƏBƏRDARLIQ
Mühərrik işlədikcə istilik ayrılır. Mühərrikin hissələri, xüsusilə də səsboğucu
həddindən artıq qızır.
Toxunma zamanı dərin termik yanıqlar ortaya çıxa bilərlər.
Yarpaqlar, otlar, çör-çöp və s. kimi tez yanan parçalar alışa bilərlər.
• Toxunmazdan əvvəl səsboğucunun, mühərrik silindrinin və qoruyucu çəpərinin
soyumasını gözləyin.
• Səsboğucu və silindr ətrafında toplanmış tullantıları təmizləyin.
• Kaliforniyanın Dövlət Resursları Kodeksinin 4442 Bölməsində qeyd edildiyi
kimi işlək vəziyyətdə saxlanan qığılcım söndürücüsü olmayan işlənmiş qaz
çıxışı sisteminə malik mühərrikin meşəli, çör-çöplü yaxud otlu yerlərdə istifadəsi
həmin kodeksin tələblərinin pozulması deməkdir. Digər ştatlar və ya federal
yurisdiksiyaların oxşar qanunları ola bilər. Bu mühərrikə quraşdırılmış işlənmiş
qaz çıxışı sistemi üçün nəzərdə tutulmuş qığılcım söndürücünü əldə etmək üçün
avadanlığın istehsalçısına, pərakəndə satıcısına və ya dilerinə müraciət edin.
XƏBƏRDARLIQ
Gözlənilməz qığılcımlanma yanğına və ya elektrik cərəyanı vurmasına gətirib
çıxara bilər.
Qəfil işədüşmə ilişməyə, travmatik amputasiyaya və ya kəsilmiş yaraya səbəb
ola bilər.
Yanğın təhlükəsi
Sazlanma və ya təmir işləri yerinə yetirilənə qədər:
• Alışma şamı kabelini çıxarın və onu alışma şamından kənarda saxlayın.
• Batareyanı mənfi tərəfdən çıxarın (yalnız elektriklə işə salınan mühərriklər).
• Yalnız düzgün alətlərdən istifadə edin.
• Mühərrikin sürətini artırmaq üçün tənzimləyicinin yayına, birləşdiricilərə və ya digər
hissələrə dəyişiklik etməyin.
• Ehtiyat hissələr eynilə orijinal detallar kimi olmalı və onların quraşdırıldığı
vəziyyətdə quraşdırılmalıdırlar. Digər hissələr də işləməyə bilər, qurğuya zərər
vura bilər və ya xəsarətə səbəb ola bilərlər.
• Maxoviki çəkiclə və ya başqa bərk əşya ilə vurmayın, çünki o sonradan, mühərrikin
işləməsi zamanı, parçalana bilər.
Qığılcım üçün yoxlayan zaman:
• Təsdiqlənmiş alışma şamı testerindən istifadə edin.
• Alışma şamı çıxarılmış halda qığılcımı yoxlamayın.
Xüsusiyyətlər və idarəetmələr
Mühərrikin idarəetməsi
Müxtəlif xüsusiyyətlərin və idarəetmələrin yerlərini bilmək üçün illustrasiyaları (Şəkil: 1,
2, 3, 4, 5, ) mühərrikiniz ilə müqayisə edin.
A.
Mühərrikin identifikasiya nömrələri Model - Növ - Kod
B.
Alışma şamı
C.
Yanacaq çəni və onun qapağı
D.
Hava süzgəci
E.
Əl ilə işə salınma trosu
F.
Yaşölçmə şupu
G.
Səsboğucu, səsboğucu qoruyucusu (əgər varsa), alışma boğucusu (əgər varsa)
H.
Hava girişi şəbəkəsi
I.
Drossel idarəetməsi (əgər varsa)
J.
Hava klapanın bağlanma sistemi (əgər varsa)
K.
Yanacaq ötürücü klapanı (əgər varsa)
L.
Dayandırma açarı (əgər varsa)
M.
İlkin yanacaq ötürücüsü (əgər varsa)
15

Quicklinks ausblenden:

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

090000093j00100000

Inhaltsverzeichnis