Herunterladen Diese Seite drucken

Stihl RMA 253 Gebrauchsanleitung Seite 550

Vorschau ausblenden Andere Handbücher für RMA 253:

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 1
Azərbaycan dili
ya ölümcül xəsarət ala və mülkiyyətə ziyan
dəyə bilər.
► Qazon biçəni bir STIHL AP akkumulyatorla
işlədin.
■ Qazon biçən və ya akkumulyatordan doğru
şəkildə istifadə olunmazsa, şəxslər ciddi və ya
ölümcül xəsarət ala və mülkiyyətə ziyan dəyə
bilər.
► Qazon biçən və akkumulyatoru istifadə
təlimatında açıqlandığı kimi işlədin.
4.3
İstifadəçinin şəraiti
Xəbərdarlıq
■ Təlimat almayan istifadəçilər qazon biçənin və
akkumulyatorun yaratdığı təhlükələri tanıya və
ya qiymətləndirə bilməz. İstifadəçi yaxud digər
şəxslər ağır yaralana və ya ölə bilər.
► İstifadə təlimatını oxuyun, anlayın və
saxlayın.
► Qazon biçən və ya akkumulyator başqa
şəxsə verildiyi təqdirdə: İstifadə təlimatını
da üstündə verin.
► İstifadəçinin aşağıdakı şərtləri yerinə
yetirməsindən əmin olun:
– İstifadəçi dincəlmiş durumdadır.
– İstifadəçinin fiziki, hissi və zehni olaraq
qazon biçən və akkumulyatordan
istifadə etməyə və onları işlətməyə
qadirdir. Əgər istifadəçinin fiziki, hissi və
ya zehni olaraq məhdudiyyətləri varsa,
bu zaman istifadəçi qurğunu yalnız
nəzarət altında və ya məsul şəxsin
göstərişi ilə istifadə edə bilər.
– İstifadəçi qazon biçənin və
akkumulyatorun yaratdığı təhlükələri
tanıya və ya qiymətləndirə bilməz.
– İstifadəçi anlayır ki, o hadisələr və
xəsarətlərlə əlaqəli məsuliyyət daşıyır.
– İstifadəçi həddi-büluğ yaşına çatmışdır
və ya istifadəçi peşə fəaliyyəti yerinə
yetirmək üçün milli qaydalar əsasında
təlim keçirmişdir.
– İstifadəçi, qazon biçəni ilk dəfə
işlətmədən əvvəl, bir STIHL təmsilçisi
və ya bir mütəxəssis şəxsin tərəfindən
təlimat almışdır.
– İstifadəçi alkoqol, dərman və ya
narkotiklərlə məhdudlaşdırılmamışdır.
► Bir şey aydın deyilsə: STIHL distribyutoruna
müraciət edin.
550
4.4
Geyim və ləvazimat
Xəbərdarlıq
■ İş zamanı, obyektlər yuxarı sürətlə dışarıya
tullana bilər. İstifadəçi yaralana bilər.
► Davamlı materialdan olan uzun bir şalvar
geyin.
■ İş zamanı, toz qalxa bilər. Nəfəs alınan toz
sağlamlığa zərər verə bilər və allergik
reaksiyalara səbəb ola bilər.
► Toz qalxdığı vəziyyətdə: Bir toz maskası
geyin.
■ Uyğun olmayan geyim, taxta, kol və qazon
biçənə ilişə bilər. Uyğun geyim geyməyən
istifadəçilər ağır yaralana bilərlər.
► Dar paltar geyin.
► Şal və cəvahiratı kənara qoyun.
■ Təmizləmə, baxım yaxud daşıma zamanında,
istifadəçi bıçağa dəyə bilər. İstifadəçi yaralana
bilər.
► Davamlı materialdan olan iş əlcəkləri
geyinin.
■ İstifadəçi uyğun ayaqqabı geymədiyi təqdirdə,
sürüşə bilər. İstifadəçi yaralana bilər.
► Möhkəm və bağlı iş ayaqqabısı geyinmək
lazımdır.
■ Bıçağı itiləmə zamanında, iş parçası
hissəcikləri dışarı atıla bilər. İstifadəçi yaralana
bilər.
► Yerində möhkəm duran bir qoruyucu eynək
taxın. Uyğun qoruyucu eynəklər, EN 166
standartı və ya ölkənin qanunlarına görə
yoxlanılır və əlaqəli işarələrlə satıcılardan
əldə edilə bilər.
► Davamlı materialdan olan iş əlcəkləri
geyinin.
4.5
İş və fəaliyyət sahəsi
4.5.1
Qazon biçən
Xəbərdarlıq
■ İcazəsiz şəxslər, uşaqlar və heyvanlar qazon
biçənin və tullanılan obyektlərin yaratdığı
təhlükələri tanıya və ya qiymətləndirə bilməz.
İcazəsiz şəxslər, uşaqlar və heyvanlar, ciddi
və ya ölümcül xəsarət ala və mülkiyyətə ziyan
dəyə bilər.
► İcazəsiz şəxslər, uşaqlar və
heyvanları iş sahəsindən kənarda
saxlayın.
► Obyektlərdən təhlükəsizlik məsafəyə riayət
edin.
► Qazon biçəni nəzarətsiz buraxmayın.
4 Təhlükəsizlik təlimatı
0478-131-9862-B

Quicklinks ausblenden:

Werbung

loading