Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Geyim Və Alətlər; Cihazın Nəqli; İşdən Əvvəl - Viking MB 248 Gebrauchsanleitung

Vorschau ausblenden Andere Handbücher für MB 248:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 1
həmişə müvafiq şəkildə bağlanmalı və
sıxılmalıdır. Qüsurlu qapaqları
təhlükəsizlik səbəbindən dəyişin.
Heç bir vaxt işçi butullkalarını və ya oxşar
məhsulları maddələrin saxlanması üçün
istifadə etməyin məs. oksigen. İnsanlar,
xüsusilə də uşaqlar onları içə bilərlər.
Benzini alovdan, açıq alovdan,
davamlı istidən, istilik
mənbəyindən və digər
mənbələrdən uşaq saxlayın.
Siqaret çəkməyin!
Yalnız maşın dayandıqda onu benzinlə
doldurun və çənin yaxınlığında siqaret
çəkməyin.
Çəni doldurmamışdan əvvəl motoru
dayandırın və soyudun.
Benzini motoru işə salmamışdan əvvəl
doldurun. Motor işə düşərkən və ya isti
maşın isti olduqda çənin qapağı açıla
bilməz və ya benzin əlavə edilə bilməz.
Çəni tam doldurmayin, kənara 4
sm qalana qədər doldurun, bu zaman
karbon qazı üçün yer qalmalıdır.
Benzin başa çatdıqda motoru yalnız
benzinlə çirklənmiş sahəni təmizlədikdən
sonra işə salın. Benzin buxarı uçana qədər
(quru şəkildə silmə) hər cürə alovun
qarşısını alın.
Dağılmış maddəni hər zaman silin.
Benzin paltarın üstünə düşdükdə
dəyişdirilməlidir.
Heç bir vaxt binanın daxilində içində
benzin olan cihazı saxlamayın. Yaranan
benzin buxarı açıq alov və ya qığılcımla
əlaqəyə girə və yana bilər.
Çəni boşaltmaq lazım gəldikdə bunu
sərbəst yerdə edin.
334
4.3 Geyim və alətlər
İş zamanı altlığa malik iş
ayaqqabısı geyinmək lazımdır.
Heç bir vaxt ayaqqabısız və ya
məsələn sandalla işləməyin.
Texniki baxış və təmizləmə
işləri zamanı, o cümlədən
cihazın nəqli zamanı hər zaman
bərk əlcəklər geyinin və saçınızı
bağlayın (örpək, papaq və s).
Ot biçən cihazın bıçaqları
itilənərkən müvafiq qoruyucu
eynəkləri geyinin.
Cihazı yalnız uzun şalvar və boş
olmayan geyimlə işə salmaq olar.
Heç bir vaxt boş geyim geyinməyin, o
hərəkətli hissələrə (xidmət tutacağına)
ilişə bilər – o cümlədən zərgərlik məmulatı,
qalstuk və şərf də taxmayın.
4.4 Cihazın nəqli
İti uclu və isti cihaz hissələrində
yaralanmanın qarşısını almaq üçün əlcək
geyinin.
Cihazı motoru işləyərkən nəql etməyin.
Nəql etməmişdən əvvəl motoru söndürün,
bıçağın dayanmasını gözləyin və şamı
dartın.
Cihazı motoru soyutduqda və mayesiz
şəkildə nəql edin.
Aidiyyatlı yardımçı hissələrdən (yükləmə
hissələri, qaldırma alətləri) istifadə edin.
Cihaz və onunla birilkdə nəql edilən cihaz
hissələrini (məs. ot toplasnması üçün
səbət) yükləmə hissəsinə kifayət qədər
bərkliyə mlaik vasitələrlə (qayış, ip və s.)
bərkidin.
Qaldırma və daşıma zamanı biçmə bıçağı
ilə əlaqəyə imkan verməyin.
Zəhmət olmasa, "Nəql" bölməsində
məlumatlara baxın. Orada cihazı necə
qaldırmaq o cümlədən daşımağa dair
məlumatlar göstərilib. (
12.)
Cihazın nəqli zamanı regional qaydalara, o
cümlədən yük yerində yükün təhlükəsizliyi
və onun nəqli ilə bağlı qaydalara diqqət
yetirin.
4.5 İşdən əvvəl
Cihazda yalnız onun təlimat kitabçasını
oxumuş adamların işləməsinə əmin olun.
Cihazı istismara verməsindən əvvəl
yanacaq sisteminin, xüsusilə çən, çənin
bağlayıcı qurğusu, şlanq birləşmələri kimi
görülən hissələrinin germetikliyni yoxlayın.
Qeyri-germetiklik və ya daxili yanacaqlı
mühərrikinin zədələnməsi aşkar
olunduqda - Yanğın riski!
istismara verilmədən əvvəl cihazı təmirə
təhvil verin və ya dəyişdirilmək üçün
satıcıya göndərin.
Mtor və elektrik motorlarına malik bağ
cihzlarının iş vaxtına dair ərazidəki
qaydalara diqqət yetirin.
Cihazın işə salınacağı sahəni tam yoxlayın
və daş, çubuq, məftil və cihaza mane ola
biləcək digər yad cismləri kənarlaşdırın.
Maneələr (məs. ağac hissələri, köklər) ot
yüksək olduqda görünməyə bilər.
Buna görə cihazda işə başlamamışdan
əvvəl sahədəki kənarlaşdırıla bilinməyən
yerləri (maneələri) qeyd edin.
Cihazda işə başlamamışdan əvvəl qüsurlu
hissələri və digər yeyilmiş və zədələnmiş
hissələri əvəz etmək lazımdır. Cihazın
üstündə oxuna bilinməyən və ya
zədələnmiş təhlükə və xəbərdarlıq
0478 111 9827 A - AZ

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

Mb 253 tMb 253Mb 248 t

Inhaltsverzeichnis