Herunterladen Diese Seite drucken

Cochlear Nucleus 8 Aqua+ Coils Bedienungsanleitung Seite 53

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 64
Xəbərdarlıqlar
Valideynlər və baxıcılar üçün
Uzun kabellərdən (məsələn, induktor, aksesuar kabelləri)
və ya baş bandından nəzarətsiz istifadə boğulma riskinə
səbəb ola bilər.
Baxıcılar müntəzəm olaraq cihazda həddindən artıq qızma
əlamətlərinin olub-olmadığını yoxlamalıdır. Cihaz qızarsa,
dərhal səs prosessorunu, induktor və kabelləri çıxarın və
klinisistiniz ilə əlaqə saxlayın.
Baxıcılar müntəzəm olaraq narahatlıq əlamətlərinin
(məsələn, həddindən artıq yüksək səs) olub-olmadığını
yoxlamalıdır. Hər hansı bir narahatlıq olduqda səs
prosessorunu dərhal çıxarın və klinisistiniz ilə əlaqə
saxlayın.
Baxıcılar müntəzəm olaraq implant sahəsində narahatlıq
və ya dəri qıcıqlanması əlamətlərinin olub-olmadığını
yoxlamalıdır. Hər hansı bir narahatlıq olduqda səs
prosessorunu dərhal çıxarın və klinisistiniz ilə əlaqə
saxlayın.
Səs prosessoruna təzyiq göstərən saxlama vasitəsi
(məsələn, baş bandı) istifadə edilərsə, baxıcılar narahatlıq
və ya dəri qıcıqlanması əlamətlərinə nəzarət etməlidir. Hər
hansı bir narahatlıq və ya ağrı olduqda vasitəni dərhal
çıxarın və klinisistiniz ilə əlaqə saxlayın.
Səs prosessorları və əlaqəli aksesuarlarda tək və ya
birlikdə istifadə zamanı tənəffüs (inhalyasiya), boğulma
və ya udma təhlükəsi yarada bilən kiçik hissələr var. Kiçik
hissələrin udulması və ya tənəffüs edilməsi ağır və ya
ölümcül xəsarətlərə səbəb ola bilər. Emal qurğusu ilə
batareya modulu arasında yerləşən hissələr də daxil
olmaqla, mümkün yerlərdə kiçik hissələri emal qurğusuna
qoşulu saxlamaq üçün müdaxiləyə davamlı kilidlərdən
istifadə edin. Səs prosessorundan və əlaqəli aksesuarlardan
istifadə edərkən 3 yaşından kiçik uşaqlara və tənəffüs,
boğulma və ya kiçik hissələri udma riski olan digər
şəxslərə hər zaman nəzarət edin. İstifadə edilmədiyi
zaman kiçik hissələri və kiçik hissə birləşmələrini uşaqların
əli çatmayan yerdə saxlayın. Kiçik hissələr udularsa və ya
tənəffüs edilərsə, dərhal həkimə müraciət edin.
Cochlear Nucleus 8 Aqua+ İnduktorları üzrə İstifadəçi Təlimatı
AZ
50

Werbung

loading