Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Briggs & Stratton 090000 Bedienungsanleitung Seite 21

Vorschau ausblenden Andere Handbücher für 090000:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 55
5.
Drossel İdarəetməsini (B, Şəkil 11), əgər varsa, SÜRƏTLİ mövqeyinə keçirin.
Mühərriki SÜRƏTLİ vəziyyətində işlədin.
6.
Elektrik işəsalma keçiricisi olan modellər: Mühərrikin dayandırma lingini (C,
Şəkil 12) qulpa tutun. Elektrik işəsalma keçiricisi IŞƏ vəziyyətinə gətirin. Elektrik
işəsalma keçiricisi yeri və işi üçün avadanlığın təlimatına baxın.
7.
Elektrik işəsalma keçiricisi olmayan modellər: Mühərrikin dayandırma lingini
(C, Şəkil 12) qulpa tutun. Mühərrik avtomatik olaraq işə düşəcək. Mühərriki
dayandırma linginin işi üçün avadanlığın təlimatına baxın.
XƏBƏRDARLIQ
Starterin istifadə müddətini artırmaq üçün qısa işəsalma
dövrlərindən istifadə edin (maksimum 5 saniyə). İşəsalma dövrləri arasında bir dəqiqə
gözləyin. 
Portativ akkumuluyatorlu modellər: Əgər mühərrik işə düşmürsə və akkumulyatoru
göstərən işıqlar sayrışırsa, deməli, akkumulyatorun temperaturu çox yüksəkdir və
cərəyan sərfiyyatı çox yuxarıdır. Hər dörd batareya ekranının işıqları (H, Şəkil 13)
10 saniyə sayrışacaq. Akkumulyatorun qoruyucusu yoxdur, lakin o, 10 saniyədən sonra
avtomatik olaraq ilkin vəziyyətə qayıdacaq. Əgər akkumulyatorun temperaturu çox
yüksəkdirsə (140°F, 60°C-dən yuxarı), onu çıxarın və soyumasını gözləyin. Qazonbiçən
maşınlarda artıq cərəyan sərfiyyatına yol verməmək üçün, maşının korpusunda otların
və çör-çöpün toplanmasına imkan verməyin.
Qeyd Əgər mühərrik təkrar cəhdlərdən sonra işə düşmürsə, kömək üçün yerli
dilerlə əlaqə saxlayın,  BRIGGSandSTRATTON.com  ünvanına keçin və
ya 1-800-233-3723 (ABŞ-da) telefon nömrəsinə zəng edin. 
Mühərriki dayandırın
1.
Mühərriki dayandırma lingi: Mühərriki dayandırma lingini buraxın (E, Şəkil 12).
Drossel nəzarəti ‒ dayandırma funksiyası olduqda: Drossel nəzarətini (B,
Şəkil 11) DAYANDIRMA mövqeyinə keçirin. 
Təchiz edildikdə, elektrik işəsalma keçiricisi: Elektrik işəsalma keçiricisini
SÖNMÜŞ/DAYANDIRMA mövqeyinə keçirin. Elektrik işəsalma keçiricisi yeri və
işi üçün avadanlığın təlimatına baxın. Açarı çıxarın və uşaqlar üçün əlçatmaz
təhlükəsiz bir yerdə saxlayın.
 
2.
Mühərrik dayanandan sonra yanacaq ötürücü klapanı (D, Şəkil 11), əgər varsa,
BAĞLI rejimə keçirin.
Portativ akkumulyatorlu modellər: Akkumulyatoru çıxarın. Bəzi hallarda
3.
akkumulyator avadanlığın açarını təmsil edə bilər.
Texniki Xidmət
XƏBƏRDARLIQ
Əgər texniki xidmət zamanı mühərrik əyilərsə, yanacaq çəni
(əgər mühərrikin üzərindədirsə) boş olmalı və alışma şamının yan tərəfi yuxarıya
tərəf baxmalıdır. Yanacaq çəni boş olmadığı halda mühərrik hər hansı tərəfə
əyilmiş olarsa, yağ və ya benzinin hava filtri və/yaxud alışma şamını çirkləndirməsi
səbəbindən işəsalma çətin ola bilər.
XƏBƏRDARLIQ
Əgər qurğunun əyilməsi tələb olunan texniki qulluq işi yerinə yetiriləcəksə , yanacaq
çəni (mühərrikin üzərindədirsə) boş olmalıdır, əks halda, yanacaq axıntısı ola bilər və
bu, yanğın və ya partlayışa səbəb ola bilər.
Biz mühərrikin və mühərrik hissələrinin bütün texniki qulluq və xidmət işləri üçün Briggs
& Strattonun Səlahiyyətli Dilerinə müraciət etmənizi tövsiyə edirik.
XƏBƏRDARLIQ
Mühərrikin düzgün işləməsi üçün onun bütün komponentləri
yerində olmalıdır.
XƏBƏRDARLIQ
Gözlənilmədən yaranan alışma yanğına və ya elektrik cərəyanı vurmasına
gətirib çıxara bilər.
Qəfil işədüşmə ilişməyə, travmatik amputasiyaya və ya kəsilmiş yaraya səbəb
ola bilər.
Yanğın təhlükəsi
Nizamlama və ya təmir işləri yerinə yetirməzdən əvvəl:
• Alışma şamı naqilini çıxarın və onu alışma şamından kənarda saxlayın. 
• Portativ batareya dəsti ilə modellər: Mühərrikin batareya bölməsindən batareya
dəstini çıxarın. Bəzi hallarda akkumulyator avadanlığın açarını təmsil edə bilər. 
• İnteqrasiya edilmiş batareya dəsti ilə modellər: Starter mühərrikindən naqili
ayırın. 
• Yalnız düzgün alətlərdən istifadə edin. 
• Mühərrikin sürətini artırmaq üçün tənzimləyicinin yayına, birləşdiricilərə və ya digər
hissələrə dəyişiklik etməyin. 
• Ehtiyat hissələr eynilə orijinal detallar kimi olmalı və onların quraşdırıldığı
vəziyyətdə quraşdırılmalıdırlar. Digər hissələr də işləməyə bilər, qurğuya zərər
vura bilər və ya xəsarətə səbəb ola bilərlər. 
• Maxoviki çəkiclə və ya başqa bərk əşya ilə vurmayın, çünki o sonradan, mühərrikin
işləməsi zamanı, parçalana bilər. 
Qığılcım üçün yoxlayan zaman:
• Standarta cavab verən alışma şamı testerindən istifadə edin.
• Alışma şamı çıxarılmış halda qığılcımı yoxlamayın.
Emissiyaya nəzarət sistemlərinin texniki
qulluğu
Emissiyaya nəzarət cihazları və sistemlərinin texniki qulluğu, əvəz olunma və ya
təmir işlərini istənilən yolsuzluq mühərriki servisi və ya ustası görə bilər. Lakin,
emissiyaya nəzarət sistemlərinə "ödənişsiz" texniki qulluq üçün bu işi rəsmi dilerə
gördürmək lazımdır. Emissiyaya Nəzarət Bildirişlərinə baxın.
Texniki xidmət qrafiki
İlk 5 saatda
• Yağı dəyişin (Just Check & Add™ modellərdə tələb olunmur)
Hər 8 saatdan bir yaxud hər gün
• Mühərrik yağının səviyyəsini yoxlayın
• Səsboğucunun ətrafını və tənzimləyiciləri təmizləyin
• Hava girişi şəbəkəsini təmizləyin
Hər 25 saatdan bir yaxud hər il
• Hava filtrini təmizləyin
1
• İlkin təmizləyicini təmizləyin (əgər quraşdırılmışsa)
Hər 50 saatdan bir yaxud hər il
• Mühərrik yağını dəyişin (Just Check & Add™ modellərdə tələb olunmur)
• İşlənmiş qazların buraxılması sisteminə texniki qulluq göstərin
Hər il
• Alışma şamını dəyişin
• Hava filtrini dəyişin
• İlkin təmizləyicini təmizləyin (əgər varsa)
• Soyutma sisteminə texniki qulluq göstərin
• Klapanların boşluğunu yoxlayın
1
Tozlu şəraitdə və ya havada kənar cisimlər olduğu halda, daha tez-tez
təmizləyin.
2
Mühərrikdə problemlər aşkarlanmadığı halda, tələb olunmur.
Karbürator və Mühərrikin Sürəti
Heç vaxt karbürator və ya mühərrikin sürətini tənzimləməyin. Karbürator əksər şəraitdə
məhsuldar işləmək üçün zavodda tənzimlənmişdir. Mühərrikin sürətini dəyişmək üçün
əsas yay, birləşmələr və ya digər hissələrə dəyişiklik etməyin. Hər hansı tənzimləmə
lazım gələrsə, Briggs & Stratton Rəsmi Servisinə müraciət edin.
XƏBƏRDARLIQ
Avadanlıq istehsalçısı mühərrikin maksimum sürətini avadanlığın
üzərinə yerləşdirilən kimi təyin edir. Bu sürət həddini aşmayın. Avadanlığın
maksimum sürətinin nə olduğunu dəqiq bilmirsinizsə, kömək üçün Briggs & Stratton
Rəsmi Servisinə müraciət edin. Avadanlığın təhlükəsiz və düzgün işləməsi üçün
mühərrikin sürəti yalnız peşəkar servis işçisi tərəfindən tənzimlənməlidir.
Alışma Şamına Texniki Qulluq Edin
Şəkilə bax: 14
Boşluğu (A, Şəkil 14) naqil ilə (B) yoxlayın. Lazım gələrsə, boşluğu bərpa edin. Alışma
şamını quraşdırın və tövsiyə edilən fırlanma anına qədər sıxın. Boşluq tənzimlənməsi və
ya fırlanma anı üçün Texniki Xüsusiyyətlər bölməsinə baxın.
Qeyd Bəzi sahələrdə yerli qanuna əsasən alışma siqnallarını dayandırmaq üçün rezistor
alışma şamı istifadə olunmalıdır. Əgər bu mühərrik zavodda rezistor alışma şamı ilə
təchiz olunubsa, əvəz edərkən eyni növdən istifadə edin.
1
2
21

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

093j00100000

Inhaltsverzeichnis