Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Briggs & Stratton 090000 Bedienungsanleitung Seite 20

Vorschau ausblenden Andere Handbücher für 090000:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 55
• Qısa qapanmaya yol verməmək üçün, akkumulyator kontaktları içərisinə heç vaxt
heç bir əşya qoymayın. 
• Enerjidoldurma qurğusunun fiziki və əqli imkanları aşağı olan yaxud hissiyatı
zəif olan və ya lazımi qədər təcrübəyə və biliyə malik olmayan insanlar
tərəfindən (uşaqlar da daxil olmaqla) istifadəsi, onlara, onların təhlükəsizliyi üçün
cavabdeh olan şəxs tərəfindən qurğunun istifadəsi üzrə göstərişlər yaxud təlimat
verilməmişsə, nəzərdə tutulmamışdır. 
• Adapter ilə oynamadıqlarından əmin olmaq üçün uşaqlar müşahidə altında
olmalıdır. 
Akkumulyatoru yükləmə vaxtı 
İlk dəfə Portativ Akkumulyator ‒ Litium-İon portativ akkumulyatoru göndərilməzdən
öncə qismən yüklənmişdir. Anbarda olduğu müddətdə enerjini saxlaması və
zədələnməməsi üçün, akkumulyatorun "gözləmə rejiminə" keçməsi proqramlaşdırılıb.
Akkumulyatoru oyatmaq üçün təxminən on (10) saniyəlik doldurulma tələb olunur.
Akkumulyator tam dolana qədər onu enerjidoldurma qurğusuna qoşulu saxlayın.
Akkumulyatoru yükləmək üçün  Akkumulyatoru yükləmək qaydası  bölməsinə baxın. 
Tələb edildiyi kimi ‒ Mövcud yükləməni yoxlamaq üçün Batareya Yanacaq Ölçü cihazı
düyməsinə (E, Şəkil 6 7) vurun və tələb edildikdə yükləyin.  Batareya yanacaq ölçü
cihazı  bölməsinə baxın. 
Akkumulyatoru Necə Yükləməli 
XƏBƏRDARLIQ
Adapteri quru saxlayın. Akkumulytorun yağış yaxud başqa səbəbdən yaş olmasına
imkan verməyin. 
1.
Batareya adapterini qoşun (F, Şəkil 8 9) elektrik çıxışına qoşun.  
2.
Portativ Akkumulyator: Akkumulyatoru (G, Şəkil 8) batareya yükləmə
yuvasında yaxşıca yerləşdirin (F). Qırmızı doldurulma işığı yanmadığı halda,
akkumulyatoru çıxarın və təkrar öz yerinə quraşdırın. Akkumulyatorun etibarlı
şəkildə akkumulyator doldurma arasında oturduğundan əmin olun. 
• Qırmızı işıq (A, Şəkil 6) akkumulyatorun normal yüklənməsini göstərir. 
• Yaşıl işıq (B) akkumulyatorun tam dolduğunu göstərir. 
• Sayrışan qırmızı işıq (C) akkumulyatorun çox isti yaxud çox soyuq
olduğunu və verilən enerjini qəbul etməyəcəyini göstərir. Akkumulyatoru
qoşulu saxlayın və normal işçi temperatur yarandığı zaman o,
avtomatik olaraq dolmağa başlayacaq. Normal əməliyyat temperaturu
üçün  Xassələr  bölməsinə baxın. 
• Sayrışan qırmızı/yaşıl işıqlar (D) akkumulyatorun dolmayacağını və onun
dəyişdirilməli olduğunu göstərir. 
Portativ Akkumulyator: "Gözləmə rejimindən" akkumulyator təxminən 10 (on)
3.
saniyə ərzində oyanacaq. 
4.
Portativ Akkumulyator: Tamamilə boşalmış akkumulyator təxminən 1 (bir) saat
ərzində tam dolacaq. Akkumulyator enerjidoldurma qurğusuna qoşulu olduğu
müddətdə tam dolu olaraq qalacaq. 
5.
Portativ Akkumulyator: Yaşıl işıq akkumulyatorun tam dolu olduğunu göstərən
zaman, onu adapterdən ayırmaq olar. 
6.
Birləşmiş Akkumulyator: Adapteri (G, Şəkil 9) mühərrikə qoşun. 
7.
Birləşmiş Akkumulyator: Tamamilə boşalmış akkumulyator təxminən 4 (dörd)
saat ərzində tam dolacaq.
8.
Birləşmiş Akkumulyator: Adapterə qoşulan zaman bütün ekran işıqları sönülü
olarsa, batareya tam yüklənmişdir. Adapteri ayırın. 
9.
Mövcud olanenerjisini yoxlamaq üçün, Akkumulyator Yanacaqölçəni düyməsinə
basın (E, Şəkil 6 7). 
10.
İstifadə edilmədiyi zaman, adapteri elektrik rozetkasından ayırın. 
Akkumulyator Yanacaqölçəni 
Mövcud olanenerjisini yoxlamaq üçün, Akkumulyator Yanacaqölçəni düyməsinə basın
(E, Şəkil 6 7). Xəbərdaredici işıqlar (H) akkumulyatorda qalan enerjinin təxmini miqdarını
göstərəcək. 
Xəbərdaredici İşıqlar 
Dörd lampa 
Üç lampa 
İki lampa 
Bir lampa 
İşıq sayrışır
Birləşmiş Akkumulyator: Adapterə qoşulan zaman bütün ekran işıqları sönülü olarsa,
batareya tam yüklənmişdir. Adapteri ayırın.
20
Mövcud Olan Enerji 
75%-dən 100%-ə qədər 
50%-dən 75%-ə qədər 
25%-dən 50%-ə qədər 
10%-dən 25%-ə qədər 
Aşağı 
Mühərriki işə salın və dayandırın
Şəkil baxın: 10, 11, 12, 13
Mühərriki işə salın
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları həddən artıq tez alışma və partlama xüsusiyyətinə
malikdirlər. 
Yanğın və ya partlayış ciddi yanıqlara yaxud ölümə səbəb ola bilər. 
Mühərrikin işə salınması zamanı 
• Alışma şamı, səsboğucu, yanacaq çəninin qapağı və hava təmizləyicisinin (əgər
varsa) yerində və möhkəm bağlanmış olduğundan əmin olun. 
• Alışma şamı çıxarılmış halda mühərriki işə salmayın. 
• Mühərrik daşarsa, təzyiq qurğusunu (əgər varsa) AÇIQ və ya İŞLƏK mövqeyə
keçirin, drosseli (əgər varsa) SÜRƏTLİ mövqeyinə keçirin və mühərrik işə
düşənədək fırladın. 
XƏBƏRDARLIQ
Batareya və adapterdən yanlış istifadə edilməsi elektrik cərəyanı vurmasına
yaxud yanğına səbəb ola bilər. 
İşləyən Zaman 
• Akkumulyator üçün enerjidoldurma qurğusunu quru saxlayın. Akkumulytorun yağış
vurmasından yaxud başqa səbəbdən yaş olmasına imkan verməyin. 
• Elektrik cərəyanı vurması riskinin azaldılması üçün, suyun DC çəngəlinin üzərinə
axmasına yol verməyin. 
• Qısa qapanmaya yol verməmək üçün, akkumulyator kontaktları içərisinə heç vaxt
heç bir əşya qoymayın. 
XƏBƏRDARLIQ
ZƏHƏRLİ QAZ TƏHLÜKƏSİ. Mühərrikdən çıxan işlənmiş qazın tərkibində sizi
bir neçə dəqiqə ərzində öldürə biləcək dəm qazı vardır. Siz onu görmürsünüz,
iyini və ya dadını hiss edə BİLMİRSİNİZ. Hətta sizə mühərrikdən çıxan işlənmiş
qazının iyi gəlməsə belə, dəm qazının təsirinə məruz qala bilərsiniz. Əgər
siz bu məhsulu istifadə edərkən naxoşluq, başgicəllənmə və ya zəiflik hiss
edirsinizsə, avadanlığı söndürməli və DƏRHAL təmiz havaya çıxmalısınız.
Həkimə müraciət edin. Dəm qazından zəhərlənmiş ola bilərsiniz. 
• Karbon monoksid qazının yığılması və insanların yaşadığı yerlərə tərəf
getməsi təhlükəsinin azaldılması üçün, bu məhsuldan YALNIZ açıq havada və
pəncərələrdən, qapılardan və havalandırıcılardan uzaq yerlərdə istifadə edin. 
• Batareya ilə işləyən karbon monoksid üçün olan həyəcan siqnallarını quraşdırın
və ya istehsalçının təlimatlarına uyğun olaraq ehtiyat batareya ilə təchiz olunmuş
karbon monoksid üçün olan həyəcan siqnallarını elektrik mənbəyinə qoşun. Tüstü
üçün olan həyəcan siqnalları karbon monoksid qazını aşkar edə bilmir. 
• Hətta, havalandırma üçün ventilyatorlardan istifadə etsəniz və ya qapıları və
pəncərələri açsanız belə, bu məhsuldan evlərdə, qarajlarda, zirzəmilərdə,
keçid kanallarında, çardaqlarda yaxud digər qismən qapalı yerlərdə istifadə
ETMƏYİN. Karbon monoksid qazı bu yerlərdə tez yarana bilər və hətta avadanlığı
söndürdükdən sonra belə, saatlarla orada qala bilər. 
• Bu avadanlığı HƏR ZAMAN külək əsən istiqamətdə qoyun və mühərrikin işlənmiş
qazları çıxaran borusunu yaşayış yerindən kənara yönəldin. 
XƏBƏRDARLIQ
Bu mühərrik Briggs & Strattondan yağsız olaraq nəql edilmişdir.
Mühərriki işə salmazdan əvvəl ona, bu təlimatın göstərişlərinə uyğun olaraq mütləq
yağ əlavə edin. Əgər mühərriki yağ olmadan işə salsanız, o, təmirolunmaz zədə
alacaq və bu itkinin təzminatı zəmanət ilə əhatə edilməyəcək. 
Qeyd Avadanlığın uzaqdan idarə edilməsi mümkündür. Uzaqdan idarəetmə yeri və işi
üçün avadanlığın istifadə təlimatına baxın. 
1.
Mühərrikin yağını yoxlayın.  Mühərrik Yağının Səviyyəsinin
Yoxlanılması bölməsinə baxın. 
2.
Portativ akkumulyatorlu modellər: Akkumulyatoru (A, Şəkil 10) mühərrik
üzərindəki batareya yuvasına daxil edin. Akkumulyatorun etibarlı şəkildə
quraşdırıldığından əmin olun. Bəzi hallarda akkumulyator avadanlığın açarını
təmsil edə bilər.
Qeyd Portativ akkumulyatorlu modellər: Yeni batareyanı işə salmaq üçün İlk
dəfə təxminən 10 (on) saniyə tez yükləmək tələb edilir.  Akkumulyatoru yükləmə
vaxtı  bölməsinə baxın. 
3.
Avadanlığın intiqal idarəetmə cihazlarının, əgər belələri varsa, açıldığından əmin
olun.
4.
Yanacaq Ötürücü Klapanı (D, Şəkil 11), əgər varsa, AÇIQ mövqeyinə keçirin.
BRIGGSandSTRATTON.com

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

093j00100000

Inhaltsverzeichnis