Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Briggs & Stratton 090000 Bedienungsanleitung Seite 17

Vorschau ausblenden Andere Handbücher für 090000:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 55
• Əgər siz yağı yuxarı yağdoldurma böğazlığından boşaldırsınızsa, onda yanacaq
çəni boş olmalıdır, əks halda yanacaq axa bilər və yanğın yaxud partlayış törədə
bilər.
Qurğunu texniki xidmət üçün əydiyiniz zaman
• Əgər qurğunun əyilməsi tələb olunan texniki qulluq işi yerinə yetiriləcəksə ,
yanacaq çəni (mühərrikin üzərinə quraşdırılmışsa) boş olmalıdır, əks halda,
yanacaq axıntısı ola bilər və bu, yanğına və ya partlayışa səbəb ola bilər.
Avadanlığın nəqli zamanı
• Yanacaq çəni BOŞ və ya yanacaq bağlama klapanı BAĞLI olduğu halda nəql
edin.
Yanacağın və ya çənində yanacaq olan avadanlığın saxlanması
• onları sobalardan, pltələrdən, su qızdırıcılarından və ya nəzarət lampaları olan
qurğulardan yaxud başqa alışma mənbələrindən uzaqda saxlayın, çünki onlardan
yanacağın buxarı alışa bilər.
XƏBƏRDARLIQ
İşə salınma zamanı mühərrikdən qığılcım çıxır.
Qığılcımlar ətrafda olan yanar qazların alışmasına gətirib çıxara bilərlər.
Partlayış və yanğına səbəb ola bilərlər.
• Əgər həmin sahədə təbii və ya maye qaz sızması varsa, mühərriki işə salmayın.
• Buxar alışan olduğuna görə təzyiqli işəsalma mayelərindən istifadə etməyin.
XƏBƏRDARLIQ
ZƏHƏRLİ QAZ TƏHLÜKƏSİ. Mühərrikdən çıxan işlənmiş qazın tərkibində sizi bir
neçə dəqiqə ərzində öldürə biləcək dəm qazı vardır. Siz onu GÖRMÜRSÜNÜZ,
iyini və ya dadını hiss edə BİLMİRSİNİZ. Hətta sizə mühərrikdən çıxan işlənmiş
qazının iyi gəlməsə belə, dəm qazının təsirinə məruz qala bilərsiniz. Əgər siz bu
məhsuldan istifadə edərkən ürək bulanması, başgicəllənmə və ya zəiflik hiss
etməyə başlasanız, DƏRHAL təmiz havaya çıxın. Həkimə müraciət edin. Dəm
qazından zəhərlənmiş ola bilərsiniz.
• Karbon monoksid qazının yığılması və insanların yaşadığı yerlərə tərəf
getməsi təhlükəsinin azaldılması üçün, bu məhsuldan YALNIZ açıq havada və
pəncərələrdən, qapılardan və havalandırıcılardan uzaq yerlərdə istifadə edin.
• Batareya ilə işləyən karbon monoksid üçün olan həyəcan siqnallarını quraşdırın
və ya istehsalçının təlimatlarına uyğun olaraq ehtiyat batareya ilə təchiz olunmuş
karbon monoksid üçün olan həyəcan siqnallarını elektrik mənbəyinə qoşun . Tüstü
üçün olan həyəcan siqnalları karbon monoksid qazını aşkar edə bilmir.
• Hətta, havalandırma üçün ventilyatorlardan istifadə etsəniz və ya qapıları və
pəncərələri açsanız belə, bu məhsuldan evlərdə, qarajlarda, zirzəmilərdə,
keçid kanallarında, çardaqlarda yaxud digər qismən qapalı yerlərdə istifadə
ETMƏYİN . Karbon monoksid qazı bu yerlərdə tez yarana bilər və hətta avadanlığı
söndürdükdən sonra belə, saatlarla orada qala bilər.
• Bu avadanlığı HƏR ZAMAN külək əsən istiqamətdə qoyun və mühərrikin işlənmiş
qazları çıxaran borusunu yaşayış yerindən kənara yönəldin.
XƏBƏRDARLIQ
Fırlanan hissələr əllərə, ayaqlara, saçlara, paltara və ya aksessuarlara dəyə
bilərlər yaxud onlara dolaşa bilərlər.
Bu travmatik amputasiya və ya dərin yaralarla nəticələnə bilər.
• Avadanlığı işlədərkən mövcud qoruyuculardan istifadə edin.
• Əllərinizi və ayaqlarınızı fırlanan hissələrə yaxınlaşdırmayın.
• Uzun saçınızı yığın və zinət əşyalarını çıxarın.
• Sallaq paltarlar , sallanan ipləri yaxud ilişə bilən hissələri olan paltarlar geyinməyin.
XƏBƏRDARLIQ
Mühərrik işlədikcə istilik ayrılır. Mühərrikin hissələri, xüsusilə də səsboğucu
həddindən artıq qızır.
Toxunma zamanı dərin termik yanıqlar ortaya çıxa bilərlər.
Yarpaqlar, otlar, çör-çöp və s. kimi tez yanan parçalar alışa bilərlər.
• Toxunmazdan əvvəl səsboğucunun, mühərrik silindrinin və qoruyucu çəpərinin
soyumasını gözləyin.
• Səsboğucu və silindr ətrafında toplanmış tullantıları təmizləyin.
• Kaliforniyanın Dövlət Resursları Kodeksinin 4442 Bölməsində qeyd edildiyi
kimi işlək vəziyyətdə saxlanan qığılcım söndürücüsü olmayan işlənmiş qaz
çıxışı sisteminə malik mühərrikin meşəli, çör-çöplü yaxud otlu yerlərdə istifadəsi
həmin kodeksin tələblərinin pozulması deməkdir. Digər ştatlar və ya federal
yurisdiksiyaların oxşar qanunları ola bilər. Bu mühərrikə quraşdırılmış işlənmiş
qaz çıxışı sistemi üçün nəzərdə tutulmuş qığılcım söndürücünü əldə etmək üçün
avadanlığın istehsalçısına, pərakəndə satıcısına və ya dilerinə müraciət edin.
XƏBƏRDARLIQ
 Gözlənilməz qığılcımlanma yanğına və ya elektrik cərəyanı vurmasına gətirib
çıxara bilər. 
 Qəfil işədüşmə ilişməyə, travmatik amputasiyaya və ya kəsilmiş yaraya səbəb
ola bilər. 
 Yanğın təhlükəsi 
 Sazlanma və ya təmir işləri yerinə yetirilənə qədər: 
• Alışma şamı naqilini çıxarın və onu alışma şamından kənarda saxlayın. 
• Portativ batareya dəsti ilə modellər: Mühərrikin batareya bölməsindən batareya
dəstini çıxarın. Bəzi hallarda akkumulyator avadanlığın açarını təmsil edə bilər. 
• İnteqrasiya edilmiş batareya dəsti ilə modellər: Starter mühərrikindən naqili
ayırın. 
• Yalnız düzgün alətlərdən istifadə edin. 
• Mühərrikin sürətini artırmaq üçün tənzimləyicinin yayına, birləşdiricilərə və ya digər
hissələrə dəyişiklik etməyin. 
• Ehtiyat hissələr eynilə orijinal detallar kimi olmalı və onların quraşdırıldığı
vəziyyətdə quraşdırılmalıdırlar. Digər hissələr də işləməyə bilər, qurğuya zərər
vura bilər və ya xəsarətə səbəb ola bilərlər. 
• Maxoviki çəkiclə və ya başqa bərk əşya ilə vurmayın, çünki o sonradan, mühərrikin
işləməsi zamanı, parçalana bilər. 
 Qığılcım üçün yoxlayan zaman: 
• Təsdiqlənmiş alışma şamı testerindən istifadə edin. 
• Alışmaşamı çıxarılmış halda qığılcımı yoxlamayın. 
XƏBƏRDARLIQ
 Akkumulyatordan və akkumulyatorun enerjitəchizetmə qurğusundan yanlış
istifadə edilməsi elektrik cərəyanı vurmasına yaxud yanğına səbəb ola bilər. 
 İşləyən Zaman 
• Adapteri quru saxlayın. Akkumulytorun yağış yaxud başqa səbəbdən yaş olmasına
imkan verməyin. 
• Elektrik cərəyanı vurması riskinin azaldılması üçün, suyun DC çəngəlinin üzərinə
axmasına yol verməyin. 
• Qısa qapanmaya yol verməmək üçün, akkumulyator kontaktları içərisinə heç vaxt
heç bir əşya qoymayın. 
 Akkumulyatoru yükləyən zaman 
• Briggs & Stratton akkumulyatorunu yalnız Briggs & Strattonun batareya adapteri
vasitəsilə yükləyin. 
• Adi akkumulatorları yükləmək üçün Briggs & Strattonun batareya adapterindən
istifadə etməyin. 
• Adapteri quru saxlayın. Akkumulytorun yağış yaxud başqa səbəbdən yaş olmasına
imkan verməyin. 
• Ştepselin və şnurun zədələnməsi riskinin azaldılması üçün, enerji mənbəyindən
ayıran zaman şnurdan yox, ştepseldən tutub çəkin. 
• Ştepseli və yaxud şnuru zədələnmiş adapterdən istifadə etməyin. Qidalandırıcı
şnur dəyişdirilə bilməz. Şnur zədələndiyi halda enerji verən qurğu dərhal
dəyişdirilməlidir. 
• Kəskin zərbə almış, yerə düşmüş yaxud başqa səbəbdən zədələnmiş adapterdən
istifadə etməyin. Əgər adapter zədələnmişsə, o, dəyişdirilməlidir. Adapter üçün
texniki xidmət tələb olunmur. 
• Adapteri sökməyin yaxud ona texniki xidmət göstərməyə cəhd etməyin. 
• Elektrik cərəyanı vurması riskini azaltmaq üçün, təmizliyə başlamazdan öncə
adapteri şəbəkə rozetkasından ayırın. 
• Qısa qapanmaya yol verməmək üçün, akkumulyator kontaktları içərisinə heç vaxt
heç bir əşya qoymayın. 
• Enerjidoldurma qurğusunun fiziki və əqli imkanları aşağı olan yaxud hissiyatı
zəif olan və ya lazımi qədər təcrübəyə və biliyə malik olmayan insanlar
tərəfindən (uşaqlar da daxil olmaqla) istifadəsi, onlara, onların təhlükəsizliyi üçün
cavabdeh olan şəxs tərəfindən qurğunun istifadəsi üzrə göstərişlər yaxud təlimat
verilməmişsə, nəzərdə tutulmamışdır. 
• Adapter ilə oynamadıqlarından əmin olmaq üçün uşaqlar müşahidə altında
olmalıdır. 
17

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

093j00100000

Inhaltsverzeichnis