Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Sizin Təhlükəsizliyiniz Üçün; Ümumi - Viking ME 339 C Gebrauchsanleitung

Vorschau ausblenden Andere Handbücher für ME 339 C:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 1
12 Fırlanma tutacağı (ME 339)
13 Tutacaq sükanı (ME 339 C)
14 Motor dayandırıcısı aləti
15 Hndürlüyünün qurulması qolu
16 Kəmərin yükünün azaldılması
17 Şəbəkə birləşməsi
18 İşə salma düyməsi
19 Növ tablosu
20 Dolma həcmi göstəricisi (ot tutma
səbəti)
4. Sizin təhlükəsizliyiniz
üçün
4.1 Ümumi
Cihazda iş zamanı qəza
hallarına dair göstərişlərə
mütləq əməl etmək lazımdır.
Birinci dəfə işə salmamışdan
əvvəl bütün təlimat kitabçası
diqqətlə oxunmalıdır. Təlimat
kitabçasını növbəti istifadələr
üçün qoruyub saxlayın.
Bu təhlükəsizlik tədbirləri sizin
təhlükəsizliyiniz üçün nəzərdə tutulub,
lakin tədbirlər bununla bitmir. Bu cihazı
ağıl və məsuliyyətlə istifadə edin və hər
zaman yadda saxlayın ki, digər şəxslərin
yaralnmasına və əmlaka dəyən ziyana
görə istifadəçi məsuliyyət daşıyır.
Xidmət hissələrini və cihazın istifadəsini
yaxşı öyrənin.
Bu cihaz o cümlədən onun hissələrini
yalnız bu kitabçanı oxumuş və onun
istifadəsindən anlayışı olan insanlara
vermək olar. Birinci dəfə işə salmamışdan
əvvəl istifadəçi ixtisaslı və praktiki təlimdən
0478 121 9918 B - AZ
keçməlidir. İstifadəçi satıcı və ya ixtisaslı
şəxslər tərəfindən cihazın istifadəsinə dair
məlumatlandırılmaldır.
Cihazın istifadəsindən əvvəl istifadəçiyə
cihazdan işləmə zamanı ehtiyatlı və tam
konsentrasiyalı olmağa dair məlumat
verilməlidir.
Boğulma nəticəsində həyati
təhlükə!
Qablaşdırma materialı ilə
oynayarkən uşaqlar üçün boğulma
təhlükəsi mövcuddur. Qablaşdırma
materialını mütləq uşaqlardan
kənar tutun.
Bu cihaz o cümlədən onun hissələrini
yalnız bu model və onun istifadəsindən
anlayışı olan insanlara vermək olar.
Təlimat kitabçası bu cihazın bir hissəsidir
və həmişə birgə təqdim olunmalıdır.
Fiziki, ruhi və əqli məhdudiyyətlərə malik
və ya kifayət qədər təcrübəyə və ya biliyə
malik olmayan və istifadəsini bacarmayan
şəxslər cihazı istifadə edə bilməzlər.
Uşaqlar və 16 yaşından kiçik gənclərə
cihazdan istifadəyə icazə verməyin. Yerli
qaydalar istifadəçinin minimal yaşını
müəyyən edə bilərlər.
Cihazdan ehtiyatla və fiziki və mənəvi
cəhətdən sağlam olduqda istifadə edin.
Sağlamlığınız normal şəraitdə olmadıqda,
cihazdan istifadə ilə bağlı həkiminizlə
məsləhətləşin. Spirtli içki, dərman
vasitələri və ya reaksiyaya təsir göstərən
dərman qəbulundan sonra cihazdan
işləmək olmaz.
Cihaz yalnız şəxsi istifadə üçün nəzərdə
tutulub.
Diqqət – Qəza təhlükəsi!
Cihaz ancaq otu biçmək üçün nəzərdə
tutulub. Digər şəkildə istifadəyə icazə
verilmir və bu təhlükəli ola bilər və ya
cihazın xarab olmasına gətirib çıxara bilər.
İsitfadəçinin bədən hissələrinin
zədələnməsi təhlükəsinə görə cihaz
aşağıdakı işlər üçün istifadə oluna bilməz
(siyahı tam deyil):
– kolların burulması, doğranması və
biçilməsi üçün,
– kənar hissələrin kəsilməsi üçün,
– damlarda və eyvanlarda kolların
biçilməsi üçün,
– ağac və çöplərin kəsilməsi və
doğranması üçün,
– gediş yollarının təmizlənməsi üçün
(sovurma və üfürmə),
– torpaq hissəsinin hamarlanması üçün
məs. təpəciklərin.
– kəsim hissələrinin ona aid olmayan
yeşiklərdə daşınması üçün.
Təhlükəsizlik səbəbindən VIKING
tərəfindən qurulmuş hissələrin ixtisaslı
şəkildə ayrılması ilə edilmiş dəyişiklik
qadağandır, zəmanət tələbinin ləğvinə
gətirib çıxarır. İcazə verilən ehtiyat hissləri
haqqında məlumatı VIKING
distribyutorlarından əldə edə bilərsiniz.
Cihazda hər cürə manipulyasiya
qadağandır, bu, motorun gücünün və
fırlanma sayının dəyişməsinə gətirib
çıxara bilər.
Cihazla birlikdə heç bir alətlər, heyvanlar
və ya insanlar xüsusilə də uşaqlar nəql
edilə bilməzlər.
459

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

Me 339

Inhaltsverzeichnis