Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Təhlükəsiz Vəziyyət - Stihl RMA 248 Gebrauchsanleitung

Vorschau ausblenden Andere Handbücher für RMA 248:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 1
Azərbaycan dili
► Qazon biçəni nəzarətsiz buraxmayın.
► Uşaqların qazon biçənlə oynaya
bilmədiklərinə əmin olun.
■ Qazon biçən sudan qorunmur. Yağışda və ya
nəmli bir yerdə işlənirsə, elektrik çarpması
həyata keçə bilər. İstifadəçi yaralana bilər və
qazon biçən zədələnə bilər.
► Yağışda və nəmli yerdə işləməyin.
► Yaş otu biçməyin.
■ Qazon biçənin elektrik parçaları qığılcımların
çıxmasına səbəb ola bilər. Qığılcımlar
asanlıqla yanan yaxud partlayan bir mühitdə
yanğınlara və partlayışlara səbəb ola bilər.
Şəxslər ciddi və ya ölümcül xəsarət ala və
mülkiyyətə ziyan dəyə bilər.
► Tezalışan və partlaya bilən mühitdə
işləməyin.
4.5.2
Akkumulyator
Xəbərdarlıq
■ İcazəsiz şəxslər, uşaqlar və heyvanlar
akkumulyatorların yaratdığı təhlükələri tanıya
və ya qiymətləndirə bilməz. İcazəsiz şəxslər,
uşaqlar və heyvanlar ağır yaralana bilər.
► İcazəsiz şəxslər, uşaqlar və heyvanları
uzaqlaşdırın.
► Akkumulyatoru nəzarətsiz buraxmayın.
► Uşaqların akkumulyatorla oynaya
bilməyəcəklərindən əmin olun.
■ Akkumulyator bütün mühit şərtlərinə qarşı
qorunmur. Əgər akkumulyator müəyyən mühit
təsirlərinə məruz qalarsa, akkumulyator
yanğın və ya partlayışa səbəb ola bilər.
Şəxslər ağır xəsarət ala və ya mülkiyyətə
ziyan dəyə bilər.
► Akkumulyatoru istilik və yanğından
qoruyun.
► Akkumulyatoru atəşə atmayın.
► Akkumulyatoru ‑ 10 °C və + 50 °C
temperaturlar arasında işlədin və
anbarda saxlayın.
► Akkumulyatoru yağış və nəmdən
qoruyun və mayelərin içərisinə
batırmayın.
► Akkumulyatoru metal obyektlərdən kənar
saxlayın.
► Akkumulyatoru yüksək təzyiqə məruz
qoymayın.
► Akkumulyatoru mikrodalğalara məruz
qoymayın.
► Akkumulyatoru kimyəvi maddələr və
duzlardan qoruyun.
540
4.6
Təhlükəsiz vəziyyət
4.6.1
Qazon biçən
Aşağıdakı şərtlərə əməl edildikdə, qazon biçən
yaxşı qorunmuş vəziyyətində olacaq:
– Qazon biçən zədələnməyib.
– Qazon biçən təmiz və qurudur.
– Nəzarətlər işləyir və dəyişməmişdir.
– Bıçaq düzgün şəkildə quraşdırılmışdır.
– Bu qazon biçən üçün orijinal STIHL ləvazimatı
quraşdırılmışdır.
– Ləvazimat düzgün şəkildə quraşdırılmışdır.
Xəbərdarlıq
■ Təhlükəsizlik şəraiti olmadıqda, ehtiyat
hissələri düzgün fəaliyyət göstərə bilmir və
təhlükəsizlik qurğuları gücdən düşür. Şəxslər
üçün ciddi xəsarət və ya ölüm təhlükəsi
mövcuddur.
► Zədələnməmiş bir qazon biçənlə işləyin.
► Əgər qazon biçən çirkli və ya yaşdırsa:
Qazon biçəni təmizləyin və qurumağa
qoyun.
► Qazon biçənə dəyişikliklər etməyin.
► Əgər nəzarətlər işləmirsə: Qazon biçənlə
işləməyin.
► Bu qazon biçən üçün orijinal STIHL
ləvazimatı quraşdırın.
► Bıçağı istifadə təlimatında açıqlandığı kimi
quraşdırın.
► Ləvazimatı bu istifadə təlimatında
açıqlandığı kimi və ya ləvazimatın istifadə
təlimatında açıqlandığı kimi quraşdırın.
► Qazon biçənin dəliklərinə heç bir obyekt
daxil etməyin.
► Təhlükəsizlik açarının terminallarını heç
vaxt metal obyektlərə qoşmayın, qısa
qapanmaya səbəb ola bilər.
► Yeyilmiş və ya zədələnmiş məlumat
tablolarını dəyişmək lazımdır.
► Bir şey aydın deyilsə: STIHL distribyutoruna
müraciət edin.
4.6.2
Bıçaq
Aşağıdakı şərtlərə əməl edildikdə, bıçaq yaxşı
qorunmuş vəziyyətində olacaq:
– Bıçaq və ehtiyat hissələri nöqsansızdır.
– Bıçağın forması dəyişməmişdir.
– Bıçaq düzgün şəkildə quraşdırılmışdır.
– Bıçaq düzgün şəkildə itilənmişdir.
– Bıçaq tilişkəsizdir.
– Bıçaq düzgün şəkildə tarazlanmışdır.
– Bıçağın minimal qalınlığı və minimal eni
azalmamışdır,
20.2.
– İtilənmə bucağı qorunmuşdur,
4 Təhlükəsizlik təlimatı
20.1.
0478-131-9861-B

Werbung

Inhaltsverzeichnis
loading

Inhaltsverzeichnis