Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Simvolların Izahı Və Təhlükəsizlik Təlimatları; Ümumi Təhlükəsizlik Təlimatları - Bosch TR4000 Montage- Und Gebrauchsanleitung

Vorschau ausblenden Andere Handbücher für TR4000:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 1
1
Simvolların izahı və təhlükəsizlik
təlimatları
1.1
Simvolların izahı
Xəbərdarlıq bildirişləri
Xəbərdarlıq bildirişlərindəki siqnal sözləri ehtiyat tədbirlərinə
riayət edilmədikdə yarana biləcək nəticələrin növünü və
şiddətini göstərir.
Aşağıdakı siqnal sözləri müəyyən edilmişdir və cari sənəddə
istifadə edilə bilər:
TƏHLÜKƏ
TƏHLÜKƏ həyati təhlükə daşıyan şəxsi zədələnmələrə gətirib
çıxardacaqdır deməkdir.
XƏBƏRDARLIQ
XƏBƏRDARLIQ həyati təhlükə daşıyan şəxsi zədələnmələrə
gətirib çıxara bilər deməkdir.
DİQQƏT
DİQQƏT yüngül və orta dərəcədə şəxsi zədələnmənin baş verə
bilməsi mümkün ola bilər deməkdir.
QEYD
QEYD maddi ziyan meydana gələ biləcəyi deməkdir.
Vacib məlumatlar
Fərdlər və əmlak üçün risk yaratmayan vacib məlumatlar
göstərilmiş məlumat işarəsi ilə işarələnəcəkdir.
1.2
Ümumi təhlükəsizlik təlimatları
Bu cihaz yalnız məişətdə və məişət mühitində istifadə üçün
nəzərdə tutulub.
Cihazı mətn və illüstrasiyalarda təsvir edildiyi kimi
quraşdırıb, istifadə edin. Bu təlimatlara əməl etməmək
səbəbindən yaranan zərərə görə öhdəlik qəbul etmirik.
Bu cihaz dəniz səviyyəsindən 2 000 m-ə qədər
hündürlükdə istifadə edilmək üçün nəzərdə tutulub.
Bu cihaz yalnız soyuq olmayan otaqda quraşdırılıb,
saxlanılmalıdır (qalıq suya görə).
Bu cihaz duş üçün su təchiz etmir.
TR4000 | TR4000R – 6720876021 (2022/04)
Simvolların izahı və təhlükəsizlik təlimatları
XƏBƏRDARLIQ
Elektrik şoku təhlükəsi var!
Əgər nasazlıq baş verərsə, dərhal
şəbəkə gərginliyini kəsin (TR4000 5 ET,
TR4000 6 ET, TR4000 6 EB,
TR4000 8 ET, TR4000 8 EB) və ya
ştepsel çəngəlini elektrik şəbəkəsindən
ayırın (TR4000 4 ET, TR4000R 4 ET).
Sızıntı olduğu təqdirdə cihazın soyuq su
təchizatını dərhal kəsin.
Bu quraşdırma təlimatları santexniklər, istilik energetikası
mühəndisləri və elektriklər üçün nəzərdə tutulub. Bütün
təlimatlara əməl edilməlidir. Təlimatlara düzgün əməl
edilməməsi cihaza ziyan dəyməsinə, şəxsi zədələnməyə,
o cümlədən mümkün ölüm riskinə gətirib çıxara bilər.
▶ Quraşdırmamışdan əvvəl quraşdırma təlimatlarını (istilik
mənbəyi, istilik tənzimləyicisi və s.) oxuyun ( fəsil 2).
▶ Təhlükəsizlik təlimatlarına və xəbərdarlıqlarına əməl edin.
▶ Milli və regional nizamnamələrə, texniki qaydalara və
göstərişlərə əməl edin.
Cihazı yalnız ixtisaslaşmış peşəkar qoşub, işə sala bilər.
Potensial təhlükə mənbələrinin qarşısını almaq üçün təmir
və texniki qulluq yalnız müvafiq ixtisaslaşmış mütəxəssis
tərəfindən həyata keçirilə bilər. Yanlış təmir istifadəçi üçün
ciddi risk yarada bilər.
Cihazı qoşmazdan əvvəl su təchizatını kəsin. Elektrik
bağlantısı cərəyan təchizatından ayrılmalıdır. Qoruyucunu
açın və ya elektrik açarını söndürün.
Heç vaxt ilk öncə cərəyan təchizatını kəsmədən cihazı
açmayın.
Davamlı axın qızdırıcısını yalnız soyuq su xəttinə birləşdirin.
Əvvəlcə su təchizatını qoşun, suyu cihazdan keçirin və
sonra elektrik təchizatını qoşun.
Qanunla müəyyən edilmiş qaydalara, eləcə də elektrik və su
təchizatı şirkətlərinin qoşma qaydalarına əməl edin.
Cihazı və ya elektrik avadanlıqlarını quraşdırarkən
IEC60364-7-701 (DIN VDE 0100 Part 701) standartına
əməl edilməlidir.
Davamlı axın qızdırıcısı I sinfinə məxsus cihazdır və
qoruyucu torpaq üsulu ilə qoşulmalıdır.
Daimi quraşdırılan qurğular daimi sabit elektrik sxeminə
qoşulmalıdır. Konduktorun en kəsiyi quraşdırılan cihaza
uyğun olmalıdır.
109

Werbung

Inhaltsverzeichnis
loading

Inhaltsverzeichnis