Herunterladen Diese Seite drucken

Stihl EVC 4000 Gebrauchsanleitung Seite 198

Vorschau ausblenden Andere Handbücher für EVC 4000:

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 1
Azərbaycan dili
Təhlükəsizlik təlimatı və onların
tədbirlərinə diqqət edin.
İstifadə təlimatını oxuyun, anlayın və
saxlayın.
İsti səthlərə əl vurmayın.
Motor işləyərkən və ya qızmış halda
olarkən çəni doldurmayın.
Qaz qalıqlarından nəfəs almaqdan
çəkinin.
Fitinq çox qızır. Toxunmayın.
4.2
Yanacaq və yanacaq
doldurmaq
Xəbərdarlıq
■ Bu motor üçün istifadə olunan yanacaq
benzindir. Benzin tez alışan maddədir. Əgər
benzin açıq alov və ya isti əşyalarla təmasa
keçərsə, benzin yanğınlar və ya partlayışlara
səbəb ola bilər. Şəxslər ciddi və ya ölümcül
xəsarət ala və mülkiyyətə ziyan dəyə bilər.
Benzini istilik və yanğından qoruyun.
► Benzini tökməyin.
► Əgər benzin tökülürsə: Benzini bir dəsmalla
silin və motoru yalnız cihazın bütün
parçaları quruyandan sonra işə salın.
► Siqaret çəkməyin.
► Atəş yaxınlığında benzin doldurmayın.
► Çəni doldurmamışdan əvvəl motoru
dayandırın və soyudun.
► Yanacaq çəninin boşaldılması gərəkirsə:
Açıq havada həyata keçirin.
► Motoru yanacaq doldurma yerindən ən azı
3 m fasilə ilə yandırın.
► Heç bir vaxt binanın daxilində içində benzin
olan motoru saxlamayın.
■ Benzin buxarı ilə nəfəs almaq insanları
zəhərlədə bilər.
Benzin buxarı nəfəs almayın.
198
► Yaxşı havalanan bir məkanda yanacaq
doldurun.
■ Motor işlərkən qızışır. Benzin genişlənir və
yanacaq çənində həddindən artıq təzyiq
yarana bilər. Yanacaq çəninin qapağı açılırsa,
benzin tökülə bilər. Tökülən binzin alışa bilər.
İstifadəçi ağır yaralana bilər.
Əvvəlcə motoru soyumağa qoyun,
sonra yanacaq çəninin qapağını açın.
■ Benzinə bulaşmış paltar asanlıqla alışa bilər.
Şəxslər ciddi və ya ölümcül xəsarət ala və
mülkiyyətə ziyan dəyə bilər.
► Paltar benzinə bulaşırsa: Paltarı dəyişin.
■ Benzin ətraf mühiti təhlükəyə sala bilər.
► Yanacağı tökməyin.
► Benzini qaydalara və ətraf mühitə uyğun
olaraq atın.
■ Əgər benzin dəriniz və ya gözlərinizlə təmasda
olarsa, bu, dəridə və ya gözlərdə
qıcıqlanmaya səbəb ola bilər.
► Benzinlə təmasdan yayının.
► Dəri ilə təmas zamanı: Dərinin təsirlənmiş
bölgələrini çoxlu sabun və su ilə yuyun.
► Gözlər ilə təmas zamanı: Gözlərinizi ən azı
15 dəqiqə çoxlu su ilə yaxalayın və tibbi
nəzarət üçün müraciət edin.
■ Daşıb tökülən binzin alışa bilər. Şəxslər ciddi
və ya ölümcül xəsarət ala və mülkiyyətə ziyan
dəyə bilər.
► Benzinə bulaşmış səthləri təmizləyin.
► Benzin buxarı uçana qədər alovun qarşısını
alın.
■ Motorun alışma sistemi qığılcımlar meydana
gətirir. Qığılcımlar cihazdan çıxa bilər və
asanlıqla yanan yaxud partlayan bir mühitdə
yanğınlara və partlayışlara səbəb ola bilər.
Şəxslər ciddi və ya ölümcül xəsarət ala və
mülkiyyətə ziyan dəyə bilər.
Motoru yalnız bağlanmış alışdırma
şamı vasitəsi ilə yandırın.
► Yalnız istifadə təlimatında göstərilmiş
alışdırma şamlarından istifadə edin.
► Alışdırma şamını fırladıb bağlayın və
bərkidin.
► Alışdırma şamı ştepselini möhkəm basın.
■ Əgər motor uyğun olmayan benzinlə
doldurulursa, motor zədələnə bilər.
► Təzə, qurğuşunsuz markalı benzindən
istifadə edin.
► Bu istifadə təlimatında olan məlumatlara
diqqət edin.
4 Təhlükəsizlik təlimatı
0478-983-9913-B

Quicklinks ausblenden:

Werbung

loading