HMəqsədli istifadə
Daxili blok, xarici blok və idarəetmə kimi digər sistem komponentləri ilə
bağlantısı olan binanın içərisinə quraşdırılmaq üçün dizayn edilmişdir.
Xarici blok, bir və ya bir neçə daxili blok və idarəetmə kimi digər sistem
komponentləri ilə bağlantısı olan binanın xaricində quraşdırılmaq üçün
dizayn edilmişdir.
Kondisioner yalnız kommersiya/şəxsi məqsədli istifadə üçün nəzərdə
tutulmuşdur, çünki bu halda temperaturun təyin edilmiş həddən
yayınması canlılara və ya materiallara zərər verməz. Kondisioner lazımi
mütləq rütubəti dəqiq tənzimləmək və saxlamaq üçün uyğun deyil.
Başqa hər hansı bir təyinatlı istifadə düzgün deyil. Düzgün istifadə
edilməmə və bunun nəticəsində yaranan ziyan məsuliyyətdən kənardır.
Xüsusi yerlərdə quraşdırma üçün (yeraltı parkinq, texniki otaqlar, eyvan
və ya hər hansı bir yarı açıq sahə):
▶ İlk öncə, texniki sənədlərdə quraşdırma yeri üçün tələblərə diqqət
edin.
HSoyuducu maddənin ümumi təhlükələri
▶ Bu cihaz soyuducu məhlul ilə doldurulmuşdur. Soyuducu məhlulun
qazı odla təmas etdikdə zəhərli qazlar yarada bilər.
▶ Qurğunun mütəmadi olaraq lisenziyalı mütəxəssis şirkəti tərəfindən
yoxlanılmasını və texniki qulluq göstərilməsini təmin edin.
▶ Soyuducu məhlulun sızması ilə bağlı hər hansı bir şübhə varsa, otağı
yaxşıca havalandırın və lisenziyalı bir mütəxəssis şirkətinə müraciət
edin.
HModifikasiya və təmir
Kondisionerdəki düzgün olmayan modifikasiyalar şəxsi zədələnməyə və/
və ya əmlaka zərər verə bilər.
▶ Əməliyyatların yalnız lisenziyalı bir mütəxəssis şirkət tərəfindən
həyata keçirilməsinə icazə verin.
▶ Xarici və daxili blokda və ya kondisionerin başqa bir hissəsində heç
bir dəyişiklik etməyin.
▶ Hər hansı bir təmir işi görməzdən əvvəl kondisioneri şəbəkədən
ayırın.
HQurğu ilə işləmə barədə qeydlər
Kondisionerdən səhv istifadə sağlamlığınıza zərər verə bilər.
▶ Bədəninizi uzun müddət hava axınına məruz qoymayın.
▶ Körpələr, uşaqlar, yaşlılar, yataq xəstələri və ya əlillər üçün otaq
temperaturunun otaqdakılara uyğun olduğundan əmin olun.
▶ Cihaza heç vaxt yad predmetlər daxil etməyin, bu halda özünüzə
xəsarət yetirə bilərsiniz.
Cihazla düzgün olmayan rəftar performansın azalmasına və hətta cihazın
zədələnməsinə və fərdlərin fiziki zədələnməsinə səbəb ola bilər.
▶ Cihazın hava girişlərini və çıxışlarını bağlamayın.
▶ İstismar zamanı qapı və pəncərələri bağlayın.
▶ Daxili bloka su daxil olmasından yayının.
▶ Xarici blokun montaj çərçivəsini aşınma və etibarlı oturma üçün
mütəmadi olaraq yoxlayın.
▶ Xarici bloka, məsələn, əşyalar və ya insanlar tərəfindən ağırlıq
verməyin.
▶ Daxili blokun quraşdırıldığı otaqda toz, buxar və nəmi minimumda
saxlayın.
▶ Cihazın yaxınlığında, məsələn, sprey kimi asanlıqla alışan qazlardan
istifadə etməyin.
▶ Kondisionerdə nəsə səhv bir şey varsa aşkarlanarsa (məsələn, yanıq
qoxusu, qüsurlu kabel), işi dərhal dayandırın və elektrik təchizatını
kəsin.
Climate CL3200i – 6721894177 (2024/11)
HMəişət və oxşar elektrik avadanlıqlarının təhlükəsizliyi
Elektrik cihazlarından yaranan təhlükələrin qarşısını almaq üçün müvafiq
olaraq EN 60335-1 aşağıdakı tələblər tətbiq olunur:
"Bu cihaz, nəzarət altında olduqda və ya cihazın təhlükəsiz istifadəsinə
dair təlimatlar diqqətə alındıqda və nəticədə yaranan təhlükələri başa
düşdükləri təqdirdə, 8 yaşdan yuxarı uşaqlar və fiziki, hissi və ya zehni
qabiliyyəti az olan və ya təcrübəsi və müvafiq bilikləri olmayan insanlar
tərəfindən istifadə oluna bilər. Uşaqların cihazla oynamasına icazə
yoxdur. Uşaqlar tərəfindən təmizlik və istifadəçi texniki qulluğu nəzarət
olmadan həyata keçirilməməlidir."
"Elektrik kabeli zədələnibsə, təhlükə yaranmaması üçün onu ya
istehsalçı özü, ya onun müştəri xidməti və ya oxşar bir ixtisaslı
mütəxəssis dəyişdirməlidir."
1.3
Bu təlimat kitabçasına dair qeydlər
Bu təlimat kitabçasının sonunda bir təsvirlər toplusu görə bilərsiniz.
Mətndə təsvirlərə istinadlar var.
Modeldən asılı olaraq məhsullar bu təlimat kitabçasındakı təsvirdən
fərqlənə bilər.
2
Məhsul haqqında məlumatlar
2.1
Uyğunluq Bəyannaməsi
Bu məhsul dizayn və istismar xarakteristikası baxımından Avropa və milli
tələblərə cavab verir.
CE nişanı vasitəsi ilə bu nişanın vurulmasını tələb edən məhsula
tətbiq olunan bütün Aİ qanuni müddəaları ilə uyğunluğunu elan
edir.
Uyğunluq bəyannaməsinin tam mətni İnternetdə mövcuddur:
www.bosch-homecomfortgroup.com.
2.2
Uzaqdan idarəetmə pultunun texniki məlumatları
Enerji təchizatı
2 AAA batareya
Siqnal diapozonu
8 m
icazə verilən ətraf mühit
–5 °C ... 60 °C
temperaturu
Cədvəl 2
2.3
Multi-split kondisionerlə istifadə
Daxili bloku multi-split kondisionerli sistemdə istifadə oluna bilər. Bu
istifadə zamanı, aşağıdakı funksiyalar deaktiv edilir:
• Enerjiyə qənaət funksiyaları Saxla və Güc nəzarəti
• Özünü təmizləmə (iClean)
• Səsin azaldılması (Silent mode)
• Manual istismar
• Soyuducu məhlul sızıntısının aşkarlanması
• Gözləmə rejimində avtomatik enerjiyə qənaət rejimi (1 W standby)
Məhsul haqqında məlumatlar
3