Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Texniki Qulluq; Batareyaların Dəyişdirilməsi; Cihazın Və Uzaqdan Idarəetmə Pultunun Təmizlənməsi; Hava Filterini Təmizləmək - Bosch Climate Cl3200I Bedienungsanleitung Für Den Betreiber

Split-klimagerät
Vorschau ausblenden Andere Handbücher für Climate CL3200i:
Inhaltsverzeichnis
Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 39
5

Texniki qulluq

DİQQƏT
Elektrik cərəyanı vurması və ya hərəkətli hissələr səbəbindən
təhlükə
▶ Hər hansı bir təmir işindən əvvəl elektrik enerjisini mənbədən ayırın.
▶ Yalnız burada sadalanmayan texniki qulluq addımlarını lisenziyalı bir
mütəxəssis şirkəti həyata keçirməlidir.
5.1
Batareyaların dəyişdirilməsi
2 ədəd AAA ölçülü batareyaya ehtiyacınız var. Yenidən doldurula bilən
batareyaların istifadəsi tövsiyə edilmir.
▶ Batareya hissəsinin qapağını çıxarın (?  Şəkil 3).
▶ Yeni batareyaları daxil edin və qütblərin düzgün olmasına diqqət
edin.
▶ Batareya hissəsinin qapağını bağlayın.
5.2
Cihazın və uzaqdan idarəetmə pultunun
təmizlənməsi
QEYD
Düzgün olmayan təmizlənmə səbəbindən cihazın zədələnməsi!
▶ Suyu birbaşa çiləməyin və ya tökməyin.
▶ İsti su, təmizləyici toz və ya güclü həlledici vasitələr istifadə etməyin.
▶ Daxili bloku və uzaqdan idarəetmə pultunu təmizləmək üçün onları
yumşaq bir parça ilə silin.
▶ Xarici blok yalnız təsdiqli bir mütəxəssis şirkəti tərəfindən
təmizlənməlidir.
5.3
Hava filterini təmizləmək
QEYD
Hava filteri birbaşa günəş şüalarının təsirindən deformasiya ola bilər.
▶ Hava filterini birbaşa günəş şüalarının altında qoymayın.
Hava filterlərini hər 2 həftədən bir və uzun müddət istismardan kənarda
olduqda ondan əvvəl və sonra təmizləyin.
▶ Daxili bloku söndürün.
▶ Daxili blokun üst qapağını yuxarıya doğru qatlayın.
▶ Hava filterini yuxarı dartın və çəkib çıxarın ( Şəkil 4).
▶ Əgər varsa kiçik hava filterlərini çıxarın ( Şəkil 1, [2]).
▶ Kiçik hava filterlərini əl tozsoranı ilə təmizləyin.
▶ Böyük hava filterini isti su və yumşaq bir yuyucu vasitə ilə yuyun və
kölgədə qurudun.
▶ Kiçik və böyük hava filterini yenidən quraşdırın.
Climate CL3200i – 6721894177 (2024/11)
5.4
Uzun müddət istismardan kənar
Uzun müddət istismardan kənar olduqda öncədən:
▶ Hava filterini təmizləmək.
▶ Clean düyməsi ilə daxili blokun özünü təmizləməsini aktivləşdirin.
▶ Özünü təmizlədikdən sonra, daxili blok quruyana qədər ventilyator
rejimini yandırın.
▶ Daxili bloku söndürün və elektrik şəbəkəsindən ayırın.
▶ Uzaqdan idarəetmə pultunda batareyaları çıxarın.
▶ Cihazları tozdan qoruyun.
5.5

Manual istismar

QEYD
Düzgün olmayan istismar səbəbindən cihazın zədələnməsi
Manual istismar olunma daimi istifadə üçün nəzərdə tutulmayıb.
▶ Yalnız sınaq məqsədləri və ya fövqəladə vəziyyətdə istifadə edin.
▶ Yalnız qısa müddət istifadə edin.
▶ Daxili bloku söndürün.
▶ Daxili blokun üst qapağını yuxarıya doğru qatlayın.
▶ Nazik bir predmetlə manual soyutma düyməsini basın:
– Bir dəfə basmaq: Məcburi avtomatik rejim.
– İki dəfə basmaq: Məcburi soyutma rejimi.
– Üç dəfə basmaq: Daxili blok söndürülür.
▶ Normal əməliyyat remini bərpa etmək üçün uzaqdan idarəetmə
pultundan istifadə edin.
Texniki qulluq
9

Quicklinks ausblenden:

Inhaltsverzeichnis
loading

Inhaltsverzeichnis