Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Təhlükəsizlik - Philips AC0819 Benutzerhandbuch

Vorschau ausblenden Andere Handbücher für AC0819:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 13
Vacib
Təhlükəsizlik
Cihazdan istifadə etməzdən əvvəl bu təlimat kitabçasını diqqətlə oxuyun və onu gələcəkdə istinad
etmək üçün saxlayın.
Ən yaxşı təcrübəni təmin etmək üçün təmizləyicinizi ən son versiyaya təkmilləşdirin.
Bu təkmilləşdirməni Air+ tətbiqi (yalnız Wi-Fi funksiyası olan məhsul üçün) vasitəsilə edə bilərsiniz.
Təhlükə
Elektrik şoku və/və ya yanğın təhlükəsindən yayınmaq üçün cihazı su, hər hansı başqa maye, ya da
(alışan) yuyucu vasitə ilə yumayın, yaxud onların cihaza daxil olmasına imkan verməyin.
Cihaza insektisid və ya ətir kimi hər hansı alışan maddə səpməyin.
Xəbərdarlıq
Cihazı qoşmamışdan əvvəl cihazda göstərilən gərginliyin yerli şəbəkə gərginliyinə uyğun olub-
olmadığını yoxlayın.
Elektrik kabeli zədələnibsə, təhlükədən yayınmaq üçün onu Philips, Philips-in səlahiyyət verdiyi
xidmət mərkəzi və ya oxşar ixtisaslaşmış şəxslər dəyişdirməlidir.
Adapter, elektrik kabeli və ya cihazın özü zədələnibsə, cihazdan istifadə etməyin.
Yalnız cihaz ilə birlikdə təmin edilən təsdiqlənmiş adapterdən (AC0819/AC0820/AC0830:
KA1801A-2400750EU, AC0850: KA2401A-2401000EU) istifadə edin.
Bu cihaz yaşı 8-dən çox olan uşaqlar və fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan, yaxud
cihazın istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar tərəfindən o zaman istifadə oluna bilər
ki, onlara cihazın təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz istifadəni təmin etmək
üçün nəzarət altında olacaqlar, yaxud əlaqədar təhlükələr barədə məlumatlandırılıblar.
Uşaqlar cihazla oynamamalıdır.
Uşaqlar nəzarət olmadan təmizlik və ya baxım həyata keçirməməlidir.
Hava çıxışına və ya hava girişinin qarşısına elementlər yerləşdirməklə hava girişini və çıxısını
bloklamayın.
Hava çıxışı vasitəsilə cihaza kənar cisimlərin daxil olmadığından əmin olun.
Maksimum çıxış gücü 31.62 mW EIRP olan, 802.11b/g/n, 2.4 GHz əsaslı standart Wi-Fi interfeysi
(yalnız Wi-Fi funksiyası olan məhsul üçün).
Oprez
Bu cihaz düzgün ventilyasiya, tozsoranla mütəmadi təmizləmə üçün və ya yemək bişirərkən ocaq
başlığı, yaxud sərinkeş kimi istifadəyə uyğun deyil.
Cihazı həmişə quru, stabil, düz və horizontal səthə yerləşdirin.
Cihazın ətrafında ən azı 20 sm, yuxarısında isə ən azı 30 sm boş yer buraxın.
Cihazın üzərində oturmayın və ya dayanmayın. Cihazın üstünə heç nə yerləşdirməyin.
Kondensasiya damcılarının cihazın üzərinə düşməsinə yol verməmək üçün cihazı birbaşa
kondisionerin aşağısına yerləşdirməyin.
Yalnız bu cihaz üçün xüsusilə nəzərdə tutulmuş Philips filtrlərindən istifadə edin. Hər hansı başqa
filtrdən istifadə etməyin.
Filtrin yanması insan üçün geri dönüşü olmayan təhlükə yarada və/və ya digər canlıları təhlükə
qarşısında qoya bilər. Filtrdən yanacaq və ya oxşar məqsəd üçün istifadə etməyin.
Cihaza (xüsusilə, hava girişinə və çıxışına) sərt əşyalar ilə vurmaqdan çəkinin.
Fiziki zədələnmənin, yaxud cihazın nasazlanmasının qarşısını almaq üçün hava çıxışına, ya da hava
girişinə barmaqlarınızı və ya əşyalar qoymayın.
Qapalı məkan üçün həşəratqovucu tüstüdən və ya məkanlarda yağlı mayelərdən, yanan
buxurlardan, yaxud kimyəvi tüstülərdən istifadə etmisinizsə, bu cihazdan istifadə etməyin.
Cihazı qaz cihazlarının, isidici qurğuların və ya buxarıların yanında istifadə etməyin.
AZ
3

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

Ac0820Ac0830Ac0850

Inhaltsverzeichnis