Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Joy'S S8 Kurzanleitung Seite 99

Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 8
Güc mənbələrinin təhlükəsiz istifadəsi
Xarici güc mənbəyi
Bu cihazın enerji mənbəyi olaraq telefonla birgə dəstdə təhciz olunan və onun etiketində göstərilən elektrik parametrlərə tam uyğun olan
adapterdir. Etiketdəkı məlumatlar hər hansı bir səbəbdən itirildikdə və ya tələb olunan enerji mənbəyinin növündən şübhə etsəniz məsləhət almaq
üçün yerli elektrik şirkətinə müraciət edin. Batareyanı enerji mənbəyi olaraq istifadə edərkən istismar təlimatını və etiketindəki məlumatları
diqqətlə oxuyun.
Bu cihazı yalnız aşağıdakı enerji mənbələri ilə istifadə etmək tövsiyə olunur:
Joy's JCHG-500 dəyişən cərəyan adapteri
Akkumulyato batareyası
Bu cihazla birgə dəstdə lityum-ion akkumulyator batareyası təchiz olunur. Akkumulyator batareyanın qeyri-düzgün istifadəsi alovlanma
və yanıq ilə xəsarətlərin alınmasına səbəb ola bilər. Batareyanı açmaq, deşmək, qırmaq, sökmək və öz başına texniki xidmət göstərmək
qadağandır. Batareyanı alovdan və ya suya, ya da 60 ° C-dən çox olan temperaturlara məruz qoymayın.
Cihazda, onun batareyalarında və (və ya) qablaşdırma materiallarının üzərindəki bu işarətlər göstərir ki, bu cihaz, onun aksesuarları
(məsələn, qulaqlıq, güc adapteri və ya kabel) və akkumulyator batareyaları normal məişət tullantıları ilə birlikdə məhv edilməməlidir.
İstifadə olunmuş batareyaları yerli normalara əsasən və ya cihaza əlavə olunmuş təlimat kitabçasına uyğun olaraq utilizasiya edin.
Li-Ion
Xüsusi ehtiyat tədbirləri
■ Cihazı su və ya digər mayelərdən uzaq tutun, cihaza daxil olan su qısa qapanmaya və nəticədə cihazın sıradan çıxmasına və ya alovlanmasına
səbəb ola bilər.
■ Telefon yalnız onların gövdəsində xüsusi USB-IF loqosu yazılan və ya USB-IF proqramının tələblərinə uyğun olaraq sertifikatlaşdırılmış
cihazlara qoşulmaq üçün icazə verilir.
■ Batareyadan elektrolitin sızmasına yol verməyin. Elektrolit batareyadan sızdığı halda, onun dəriniz və ya geyiminiz ilə təmasdan qaçının.
Lakin elektrolit dəriniz və ya geyiminiz ilə təmasda olduqda, təsirə məruz qalan sahəni dərhal təmiz su ilə yuyun və yardım üçün həkimə
müraciət edin. Alovlanma və partlayışın qarşısını almaq üçün sızan batareyanı alovdan uzaq tutun.
■ Batareya doldurulduğu zaman, cihaz manəasız çıxış imkanı olan ən yaxın ştepsel rozetkasına qoşulmalıdır.
Birbaşa günəş işığı şəraitində ehtiyat tədbirləri
Cihazı olduqca yüksək temperaturda və ya yüksək rütubət şəraitində istifadə etməyin. Cihazı avtomobilin salonunda və ya temperaturu 60 °
C-dən çox olan yerlərdə, məsələn, şüşənin arxasında pəncərədə və ya doğrudan günəş işığı və ya uzun müddət güclü ultrabənövşəyi radiasiya
düşdüyü avtomobilin alət paneli üzərində saxlamayın. Bu batareyanın güclü qızmasına, cihazın zədələnməsinə səbəb ola bilər və ya avtomobilin
salonunda təhlükəli vəziyyət yarada bilər.
Eşitmə orqanlarının zədələnməsinin qarşısını almaq üçün tədbirlər
DİQQƏT! UZUN MÜDDƏT TELEFONDA VƏ YA QULAQLIQLARDA YÜKSƏK SƏS SƏVIYYƏSINDƏ SƏS DINLƏMƏK
BİRDƏFƏLİK EŞITMƏ QABİLİYƏTİNİN İTİRİLMƏSİNƏ SƏBƏB OLA BILƏR.
Təyyarədə olarkən təhlükəsizlik tədbirləri
Uçuş zamanı və ya uçağın açılış zonasında olarkən, mobil cihazlardan istifadə qaydalarına riayət edin. Bu cihaz naviqasiya sisteminə və
təyyarənin on-board şəbəkəsinə müdaxiləyə səbəb ola bilər. Bir çox ölkədə təyyarədə mobil rabitə istifadə qanunla qadağandır. Cihazı təyyarədə
istifadə etməlisinizsə, telefonu, mobil rabitə funksiyasını söndürən «Uçuş rejimə» keçirin.
Müxtəlif mühitlərdə istifadə üçün məhdudiyyətlər
■ Cihazı avtomobil yanacaq doldurma məntəqələri, YSM doldurma məntəqələri, kimyəvi zavodlar, partlayıcı işlərin aparıldığı yerlər, yanacaq
və ya kimyəvi məhsulları daşıyan gəmilərin aşağı hissələri kimi potensial partlayıcı mühitlərdə istifadə etməyin.
■ Hava kimyəvi və kimyəvi tozlar olduğu yerlərdə cihazın istifadəsi metal hissəciklər arasında qığılcımların görünüşünə, və nəticədə yanğına
və ya ağır bədən xəsarətləri ilə nəticələnən partlayışa, hətta ölümlə səbəb ola bilər.
■ Xüsusi əlamətlərlə qeyd olunan təhlükəli ərazilərdə olduqda, təlimatları ciddi şəkildə yerinə yetirməlisiniz və cihazı söndürməlisiniz.
Avtomobilin idarə etməsi zamanı ehtiyat tədbirləri
Avtomobili idarə edərkən çox diqqətli olun, yoldan diqqətinizi yayındırmayın. Idarə edərkən telefondan sitifadə diqqəti yoldan yayındırır və
YNH-nə səbəb ola bilər. Həmçinin idarə edərkən simsiz "sərbəst əllər" bluetooth sistemi kimi simsiz rabitə aksessuarlarının istifadəsi tövsiyə
edilmir. İdarəetmə zamanı simsiz qurğuların istifadəsini məhdudlaşdıran yerli qanunlara riayət etməlisiniz.
Maqnetik sahənin və radio radiotezlik radiasiyasının təsirləri
■ Cihazın elektronik komponentlərinə və daxili sxemlərinə zərər verməmək üçün cihazı güclü elektromaqnit sahəsini və ya radiotezlik
radiasiyasını yaradan obyektlərin yaxınlığında istifadə etməyin. Belə obyektlərin sırasına mikrodalğalı sobalar, radio-qəbuledicilər,
televizorlar, dinamiklər və s. daxil ola bilər.
■ İstehsalçı tərəfindən icazə verilən və ya yalnız metal komponentləri ehtiva etməyən aksessuarlardan istifadə edin.
■ İstehsalçı tərəfindən təsdiq edilməyən aksesuarların istifadəsi radiotezlik radiasiyasının təsiri ilə bağlı qaydaların pozulmasıdır.
■ Cihazı metal konstruksiyaların yaxınlığında (bina karkasları, sənaye konstruksiyaları, elektrik ötürücü xəttlər) istifadə etməyin.
Tibbi avadanlıqlarınişində maneələrin aradan qaldırılması
■ Bu mobil cihaz tibbi avadanlıqların istismarında problemlərə səbəb ola bilər. Bir çox xəstəxanalarda və tibb müəssisələrində bu cür
cihazların istifadəsi qadağan oluna bilər. Tibb müəssisəsində olduğunuz zaman xəbərdarlıq nişanlarına diqqət yetirin və tələb olunan yerdə
cihazı söndürün.
■ Fərdi portativ tibbi cihazlardan istifadə etdikdə mobil telefondan istifadə imkanı və onun üzərinə maneənin təsiri barədə müalicə həkiminzlə
məsləhətləşin.
■ Kardiostimulyator istifadə etdikdə, bu cihazın onların fəaliyyətinə mənfi təsir göstərə biləcəyini unutmayın.
■ Bəzi mobil rabitə cihazları eşitmə cihazlarının istismarımda maneələrə səbəb ola bilər. Alternativ variant seçmək üçün xidmət şirkətinə
99

Werbung

Inhaltsverzeichnis
loading

Inhaltsverzeichnis