Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Joy'S S8 Kurzanleitung Seite 100

Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 8
müraciət edin.
Ümumi ehtiyat tədbirləri
Bu cihazdan istifadənin bütün məsuliyyəti və istifadəsi nəticəsində yaranan bütün nəticələr yalnız sizin üzərinizdədir. Xüsusi nişanların və
ya xəbərdarlıq vasitələrin tələb etdiyi yerlərdə cihazı söndürün. Mobil rabitənin istifadəsi insanları və ətraf mühitin qorunması üçün nəzərdə
tutulmuş təhlükəsizlik tədbirləri və qaydalarla tənzimlənir.
■ Cihazı həddindən artıq fiziki təsirə məruz qoymayın. Ekranın qoruyucu şüşələrinə güclü basmayın, nömrəni yığarkən və ya telefonun
menyusunda gezinirken düymələri güclüt sıxmayın. Cihaz şalvarınızın cibindədirsə, oturmadan əvvəl onu çıxarın. Düşmə, gövdənin sınması
və s. nəticəsində çatlamış qoruyucu şuşəyə zəmanət tətbiq edilmir.
■ Telefon və onun aksesuarlarına diqqətlə yanaşın, onları təmiz, toz olmayan yerdə saxlayın.
■ Telefonu təmizləyərkən aerosol, həlledicilər, turşular kimi sərt kimyəvi maddələrdən istifadə etməyin.
■ Cihazın işində problemlər aşkar etdikdə, onu oz başına sökməyə cəhd göstərməyin, yalnız bu cihazların təmiri üçün müvafiq icazəyə malik
olan ixtisaslandırılmış mütəxəssislərə müraciət edin.
■ Telefonun oturduğunuz zaman sınmaması üçün onu cins və ya şalvarnızın arxa cibində daşımayın.
■ Yüksək temperaturlu yerlərdən qaçının. Cihazı radiatorlar, mətbəx sobaları və s. kimi istilik mənbələrindən uzaq tutun.
■ Cihazı kəskin temperatur dəyişikliyi şəraitində istifadə etməyin. Belə hallarda cihazın daxili elementlərində kondensasiya ola bilər ki, bu da
qısa qapanmaya səbəb ola bilər. Cihazla ani olaraq aşağı temperaturdan yüksək temperatur mühitinə keçdikdə, onu istifadə etməzdən əvvəl,
kondensatın buxarlanmasına imkan vermək üçün fasilə buraxın.
■ Cihazın bütün dəlikləri havalandırma və ya digər məqsədlər üçün nəzərdə tutulmuşdur, dəliklərə xarici obyektləri yerləşdirməyə çalışmayın,
bu, onun qırılmalara səbəb ola bilər.
■ Qulaqlıqlardan istifadə etməzdən əvvəl, eşitmə orqanlarınıza zərər verməmək üçün cihazdakı səsi aşağı salin.
■ Telefonu təmizləməzdən əvvəl onu elektrik rozetkadan çıxarın
■ Telefonu təmizləmək üçün cüzi nəmli parçadan istifadə edin, cihazın displeyini təmizləmək üçün qətiyyən nəmli parçadan istifadə etməyin.
■ Telefon və aksessuarları uşaqların əli çatmayan yerdə saxlayın, onlara telefon və aksessuarlar ilə oynamağa icazə verməyin.
■ Uşaqlar telefon və aksesuarlara zərər verə bilər və ya özlərini zədələyə bilərlər. Cihazın daxilində, uşağın yaralanmasına səbəb ola biləcək
kəskin kənarları olan detallar, akkumulyator batareyası var. Telefonu və aksesuarları udduqda dərhal həkimə müraciət edin
■ Elektrostatik boşalma ilə cihazın zədələnməsini qarşısını almaq SİM kartdakı metal kontaktlara toxunmayın.
■ Təkrarlanan kiçik hərəkətlər nəticəsində əzələ və oynaq ağrı riskini azaltmaq üçün, telefonu əlinizdə çox sıxmayın və mesajlar yazarkən və
ya cihaz menyusunu manipulyasiya edərkən düymələri yumşaq şəkildə basın.
■ Bu cihaz rabitə üçün radio siqnallarından istifadə edir, buna görə də hər bir vəziyyətdə sabit əlaqə təmin etmək mümkün deyil. Fövqəladə
hal yarandıqda, yalnız bu cihaza etibar edə bilməzsiniz.
Dövlət tənzimləyici orqanlar tərəfindən verilmiş identifikasiya nömrələri
Müəyyən edilmiş qaydalara uyğun olaraq, cihazın identifikasiyası üçün S8 model nömrəsi təyin edilib. Təhlükəsiz istismar və uzun ömür üçün,
yalnız aşağıdakı nömrələr ilə hazırlanan orijinal aksesuarları istifadə edin:
Mobil telefonlar üçün adapter: JCHG-500
Mobil telefonlar üçün akkumulyator batareyası: JB-800
Iş temperaturunun diapazonu: 95% -dən çox olmayan rütubətdə -5°C-dən 40°C-yə qədər.
AB-nin uyğunluq bəyannaməsi
Cihazın üzərində, qablaşdırma materiallarına və ya komponentlərinə tətbiq olunan AB markalanması, cihazın Avropa Birliyinin
Komissiyası tərəfindən buraxılmış radiotezlik haqqında RE Direktivi (2014/53 / AB) tələblərinə uyğun gəldiyini bildirir.
Bu mobil rabitə cihazı aşağıdakı maksimum RF gücündə aşağıdakı tezlik diapazonlarında işləyir:
Maksimum ötürülən güc (dBm)
GSM 900: 32.20dBm, GSM 1800: 28.50dBm, Bluetooth: 7.52dBm/s
Maksimal SAR dəyəri
Baş üçün: 10 q hüceyrəyə (CE) 0.425Vt/kq
Bədən üçün: 10 q hüceyrəyə (CE) 0.479 Vt/kq
Cihazı bədənin üzərində daşıma qaydaları
Telefonu bədənin üzərində daşıyarkən, Avropa RT radiasiyasına məruz qalma üzrə tələblərinə uyğun olmaq üçün, istifadəçinin bədəni ilə cihaz
arasında 0,5 sm boşluq saxlanılmalıdır. Bu cihazla istifadə olunan telefonun daşınması üçün çexollar, bağlar, kəmər bağlayıcıları, geyimə
bağlayıcılar və ya çanta konstruksiyasında metal elementləri ehtiva etməməlidir. Bu şərtlərə uyğun gəlməyən aksesuarların istifadə edilməsinə
icazə verilmir. Antenin zədələndiyi halda telefondan istifadə etməyin, bu, antenna ilə təmas etdikdə kiçik yanmalara və ya cihazın sıradan
çıxmasına səbəb ola bilər. Antenin əvəz edilməsi üçün cihazı satın aldığınız yerli dilerə müraciət edin.
Bununla İstehsalçı şirkəti S8 cihazının AB 2015/53 Direktivin tələblərinə tam olaraq cavab verdiyini bildirir. Direktivin tam mətni ilə
www.joys-mobile.com saytında tanış ola bilərsiniz.
Mobil telekommunikasiya və İnternet Assosiasiyasının (Telecommunications & Internet Association,
TIA) texniki təhlükəsizlik üzrə məlumatları.
Kardiostimulyatorlar
Kardiostimulatorun işinə maneəların təsirinin qarşısını almaq üçün Tibbi Təchizat İstehsalçıları Assosiasiyası mobil telefon ilə kardiostimulytor
arasında ən azı 15 sm məsafə təmin etməyi məsləhət görür. Bu tövsiyələr müstəqil tədqiqatın nəticələri və simsiz texnologiyalar üzrə tədqiqat
aparan Wireless Technology Research-in tövsiyələrinə uyğun gəlir.
Kardiostimulator taxarkən Telefonunuzun təhlükəsiz istifadəsi
■ Telefon yanılı vəziyyətdə olduqda, telefonu kardiostimulatordan 15 sm məsafədə saxlayın
■ Telefonu döş cibində ürəyə yaxin daşımaq olmaz
■ Danışarkən, telefonu qulağınıza kardiostimulyatora qarşı tərəfi ilə qoyun
■ Telefondan kardiostumulyatorun işində maneəların yaranmasına dair şübhəniz olduqda, telefonu dərhal söndürün.
WEEE Direktivi
Cihazda, onun batareyalarında və (və ya) qablaşdırma materiallarının üzərindəki bu işarətlər göstərir ki, bu cihaz, onun aksesuarları
(məsələn, qulaqlıq, güc adapteri və ya kabel) və akkumulyator batareyaları normal məişət tullantıları ilə birlikdə məhv edilməməlidir.
Elektron cihazlar ətraf mühit üçün zərərli ola biləcək maddələr ehtiva edir. Elektron və elektrik cihazların utilizasiyası, emalı və toplama
məntəqələri haqqında ətraflı məlumat əldə etmək üçün məişət tullantıların utilizasiyası xidmətinə, cihazı satın aldığınız mağazaya və ya cihazın
istehsalçısına müraciət edin.
100

Werbung

Inhaltsverzeichnis
loading

Inhaltsverzeichnis