Herunterladen Diese Seite drucken

Samsung NK52FG454CS/UR Bedienungsanleitung Seite 95

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 19
xüsusi bir enerji təchizatı kabeli ilə təchiz olunub; kabel
zədələnərsə, texniki xidmət mərkəzindən yenisini tələb
edin.
● Diqqət! Şəbəkəyə qoşulmadan və dövrənin düzgün
işlədiyini yoxlamadan əvvəl həmişə enerji təchizatı kabelinin
düzgün quraşdırıldığını yoxlayın.
Diqqət! Digər bir proqramlaşdırıcıdan, taymerdən, uzaqdan
idarəetmə cihazından və ya avtomatik aktivləşən hər hansı
digər cihazdan istifadə etməyin.
İSTİFADƏ TƏHLÜKƏSİZLİYİ
Ətraf mühitə ziyanın vurulmasının azaldılması üçün istifadəsi
ilə bağlı tövsiyələr: Bişirməyə başladığınız zaman cihazı
minimum sürətlə işə salın və bişirmə bitdikdən sonra bir
neçə dəqiqə iş vəziyyətində saxlayın. Böyük miqdarda tüstü
və buxar olduqda sürəti artırın, "buster" funksiyasından yalnız
ekstremal hallarda istifadə edin. Qoxunu keyfiyyətli şəkildə
azaltmaq üçün, lazım olduqda, karbon filtr/lər/ını dəyişdirin.
Yağ filtrinin keyfiyyətini qorumaq üçün, zərurət olduqda, onu
təmizləyin. Keyfiyyəti optimallaşdırmaq və səs-küyü
minimuma endirmək üçün bu təlimatda göstərilən maksimum
kanal diametrindən istifadə edin.
UTİLİZASİYA QAYDALARI
Bu cihaz Avropa Direktivinə 2012/19/EC - UK SI
2013 No.3113 uyğun Elektrik və Elektron
Avadanlıqların
işarələnmişdir. Bu məhsulun düzgün şəkildə
utilizasiya edilməsinin təmin edilməsi. Bu
məhsulun düzgün şəkildə utilizasiya edilməsini
təmin etməklə, istifadəçi ətraf mühit və
sağlamlıq üçün potensial mənfi nəticələrin
qarşısını almağa kömək edir.
Məhsulun üzərindəki və ya onu müşayiət edən
sənədlərdəki simvol göstərir ki, bu məhsul məişət
tullantıları kimi atılmamalıdır. Əksinə, elektrik və elektron
avadanlıqların
təkrar
məntəqəsinə təhvil verilməlidir. Tullantıların utilizasiyası
üçün yerli qaydalara uyğun olaraq məhsulu utilizasiya edin.
Bu məhsulun utilizasiyası, bərpası və təkrar emalı
haqqında əlavə məlumat üçün yerli ofisiniz, məişət
tullantılarının toplanması xidməti və ya məhsulun alındığı
mağaza ilə əlaqə saxlayın.
STANDARTLAR VƏ NORMATİVLƏR
Təhlükəsizlik qaydalarına uyğun olaraq layihələndirilmiş,
sınaqdan keçirilmiş və istehsal olunmuş avadanlıq: EN/IEC
60335-1; EN/IEC 60335-2- 31, EN/IEC 62233. İstismar
göstəriciləri: EN/IEC 61591; ISO 5167-1; ISO 5167-3; ISO
5168; EN/IEC 60704-1; EN/IEC 60704-2-13;EN/IEC
60704-3; ISO 3741; EN 50564; IEC 62301. EMC: EN
55014-1; CISPR 14-1; EN 55014-2; CISPR 14-2; EN/IEC
61000-3-2; EN/IEC 61000-3-3.
İSTİFADƏSİ
Aspirator tüstünün xaric edilməsi və ya resirkulyasiya ilə
bağlı filtrasiya rejimində istifadə edilə bilər.
Tullantıları
(WEEE)
emalı
üçün
uyğun
toplama
Aspirasiya rejimi:
Buxarlar, birləşdirici flanşa bərkidilmiş sorma çıxış borusu
vasitəsilə xaricə çıxarılır.
DİQQƏT! Əgər məhsul karbon filtr/lər/i ilə təchiz
olunubsa, həmin filtr/lər/ çıxarılmalıdır.
Məhsulu, hava çıxışı (birləşdirici flanş) diametrinə uyğun
olan divar çıxış boruları və dəliklərinə qoşun.
Daha kiçik diametrli boru və divar çıxış dəliklərinin
istifadəsi aspirasiya göstəricisinın azalmasına və səs-
küyün kəskin artmasına səbəb olacaq.
Buna görə də, bu məsələ ilə bağlı heç bir məsuliyyət
qəbul edilmir.
• Mümkün qədər qısa bir borudan istifadə edin.
• Mümkün qədər istiqaməti dəyişən əyilməklərdən
çəkinin (əyilmənin maksimum bucağı: 90°).
• Borunun en kəsiyini kəskin dəyişilməsinə yol verməyin.
Filtrasiya rejimi:
Sorulan hava, otağa geri qaytarılmadan əvvəl yağdan
təmizlənir və qoxusu aradan qaldırılır. Məhsulu bu rejimdə
istifadə etmək üçün əlavə aktiv karbon əsaslı filtrasiya
sistemi quraşdırılmalıdır.
QURAŞDIRMADAN ÖNCƏ
kimi
• Alınmış məhsulun seçilmiş quraşdırma sahəsinə uyğun
ölçülərdə olduğunu yoxlayın.
• Əgər aktiv karbon filtri təqdim edilibsə, onu çıxarın
(ətraflı məlumat üçün uyğun bölməyə baxın).
• Bu növ filtr/lər/ yalnız məhsulun filtrasiya rejimində
istifadə olunacağı halda yenidən quraşdırılmalıdır.
• Əgər panellər və/yaxud divarlar və/yaxud yan dolablar
mövcuddursa, məhsulun quraşdırılması üçün kifayət
qədər yerin olduğunu və idarəetmə lövhəsinə asanlıqla
daxil olmağın mümkün olduğunu yoxlayın.
• Məhsul əksər divar və tavan tipləri üçün uyğun olan
bərkidici dübellərlə təchiz olunub. Bununla belə, divar və
ya tavan materiallarının uyğunluğunu təsdiqləmək üçün
ixtisaslı texnikə müraciət etmək vacibdir. Divar və ya tavan
aspiratorun ağırlığını daşımaq üçün kifayət qədər möhkəm
olmalıdır.
Diqqət! Qoruyucu plyonkanı çıxararkən izlər qala bilər.
Belə halda, bu izləri isti su ilə təmizləmək mümkündür.
İŞ PRİNSİPİ
A= İşıq açarı ON/OFF.
B= ON/OFF açarı və 1-ci sürət seçimi (az miqdarda buxar
və tüstü olduqda).
85

Werbung

loading

Diese Anleitung auch für:

Nk52fg454cm/urNk72fg454cs/ur