Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Panasonic TY-ER3D4ME Bedienungsanleitung Seite 236

Inhaltsverzeichnis

Werbung

Azərbaycan üçün zəmanət şərtləri
Panasonic Corporation kompaniyası Azərbaycan Respublikasına
göndərdiyi bütün spectr məhsullara 1 (bir) illik idxal edilən istehsalçı
qarantiyası təqdim edir.
Bu zəmanət istehsalçı tərəfi ndən istehlakçıların konstitusiya və digər
hüquqlarına əlavə kimi verilir və heç bir halda onların hüquqlarını
məhdudlaşdırmır.
Zəmanət aşağıda göstərilən şərtlərə riayət olunduğu halda, malın
hissələrinin və yaxud quraşdırılmasının nasazlığı askara çıxarsa etibarlı
sayılır.
1. Mal yalnız Azərbaycan Respublikasının ərazisində alınmalıdır,
təhlükəsizlik tələblərinə, texniki standartlara və təlimatlara müvafi q
olaraq istismar olunmalıdır. Azərbaycan Respublikasının ərazisində
istismarı nəzərdə tutulan rəsmi modellərin siyahısı http://service.
panasonic.ru internet səhifəsində yerləşdirilib.
2. Malın nasazlığı növbəti hadisələr baş verdiyi halda yaranarsa həmin
zəmanət qüvvəsini itirəcək: yanğın, ildırım və digər təbii hallar,
mayenin malın içinə daxil olması, mexaniki zədə, yararsız istismar, o
cümlədən istismar qaydalarında göstrilən elektrik enerjisinə zidd olan
enerjinin tətbiq olunması, dağılma, səhlənkar istifadə, malın içinə
kənar əşyaların və həşəratların daxil olması, sertifi katı olmayan kənar
şəxslər tərəfi ndən təmirin aparılması, texniki şərtlərin və təhlükəsizlik
tələblərinin pozulmasıyla həyata keçirilən quraşdırma, adaptasiya,
modifi kasiya və istismar.
3. Zəmanət müddəti ərzində malın hissəsi və yaxud hissələri istehsalçı
tərəfi ndən təsdiq və təchiz edilməyən, lazımi keyfi yyəti olmayan, mal
üçün yararsız digər hissə və yaxud hissələrlə əvəz edilərsə, istehlakçı
zəmanət üzrə bütün hüquqlarını itirir.
4. Bu zəmanət program təminatına, korpusa, lampalara, batareyalara
və akkumulyatorlara, adapter iynələrinə, antennalara, kabellərə,
qoruyucu ekranlara, zibil qablarına, torlara və bıçaqlara, fi ltrlərə,
şotkalara, kartriclərə, və digər qısa müddətli istismar dövrünə malik
hissələrə şamil olunmur.
Quraşdırma və qoşulma
Alınmış malın quraşdırma edilməsi üçün və texnikanın normal
istismarının təmin olunması üçün Siz servis mərkəzlərinin və səlahiyyətli
təşkilatların mütəxəssislərinin pullu xidmətlərindən istifadə edə bilərsiniz.
Bu zəmanət üzrə öhdəliklər Azərbaycan Respublikasının ərazisində
yerləşən servis mərkəzləri tərəfi ndən həyata keçirilir. Servis
Mərkəzlərinin siyahısını Panasonic Məlumat Mərkəzindən, aşağıdakı
nömrə və yaxud internet səhifəsi vasitəsilə əldə edə bilərsiniz
8-800-200-21-00/http://service.panasonic.ru
Aksessuarlar və sərfi yyat materialları haqqında məlumat http:/www.
panasoniceplaza.ru
Təmirin gedişatı haqqında məlumatı "Təmirlərin Məlumat Sistemi"
ndən http:/service.panasonic.ru/RepairSystem səhifəsindən əldə edə
bilərsiniz.
6

Quicklinks ausblenden:

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

Ty-er3d4se

Inhaltsverzeichnis